Toyota 14 yaşlı Aydanı Yaponiyaya dəvət edir – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Toyota 14 yaşlı Aydanı Yaponiyaya dəvət edir – FOTO

10:00 - 02 / 07 / 2018
Toyota 14 yaşlı Aydanı Yaponiyaya dəvət edir – FOTO

Xəyallarınızın avtomobili dünyanı yaxşılığa doğru necə dəyişə bilər?

Hər il minlərlə uşaq Toyota-nın təşəbbüsü ilə keçirilən dünyanın ən böyük bədii müsabiqələrindən birində iştirak etməklə, dünya ilə öz xəyallarını bölüşürlər.

Bu il xəyalını bölüşən və müsabiqədə qalib gələn azərbaycanlı qız – Aydan Eynullayeva oldu. Onun “Dünyanın gözəlliyi” adlı heyranedici əsəri bu il Ümumdünya Müsabiqə mükafatının 650 000-dən artıq işin içindən seçdiyi laureatlardan biri oldu.

14 yaşlı Aydan və onun valideyninə hədiyyə qismində avqust ayında Yaponiyaya səyahət üçün sertifikat təqdim olunub. Müsabiqənin yekun mərhələsi – mükafatlandırma mərasimi Tokioda baş tutacaq.

Bu il müsabiqə Toyota Caucasus (Toyota-nın Qafqazda rəsmi nümayəndəsi) rəhbərliyi ilə Toyota Bakı Mərkəzi tərəfindən təşkil olunub. Yaponiyaya 9 iş (hər yaş kateqoriyası üzrə 3 iş) seçilib göndərilib.

Peşəkarlardan ibarət münsiflər heyətinin qərarı ilə Azərbaycandan üç yaş kateqoriyası üzrə doqquz qalib müəyyən olunub. Milli seçimlərin qalibləri hədiyyə və sertifikatlarla təltif olunub.

7 yaşa qədər kateqoriya:

  1. Aqil Əmirov (6 yaş)
  2. Rza Quliyev (7 yaş)
  3. Fəxri Məhərrəmli (7 yaş)

8-11 yaş kateqoriyası:

  1. Sura Dadaşzadə (10 yaş)
  2. Əlimərdan Əmirov (8 yaş)
  3. Əkrəm Quliyev (8 yaş)

8-11 yaş kateqoriyası:

  1. Əbdülrəhim Bağırov (12 yaş)
  2. Altay Adıgözəlov (13 yaş)
  3. Aydan Eynullayeva (14 yaş)

Dünya üzrə ən yaxşı 30 əsər seçilib. Bu əsərlərin müəllifləri və onların valideynləri səslərin sayına görə seçiləcək ən yaxşı işlərin mükafatlandırma mərasimində iştirak etmək üçün Yaponiyaya dəvət edilib.

Toyota onlayn səs vermək imkanı verən xüsusi veb-səhifə hazırlanıb – https://www.toyota-dreamcarart.com/vote/. Bu veb-səhifə hər kəsə bəyəndiyi əsərə səs vermək imkanı yaradacaq. Sizləri də sayta baş çəkib səs verməyinizi dəvət edirik. Səsvermə iyulun 1-dən etibarən başlayacaq.

Toyota Dream Car Art müsabiqəsi hər il keçirilir. Belə ki, bu müsabiqədə 15 yaşına çatmamış hər bir uşaq iştirak edə bilər. Əvvəlcə müsabiqə yerli dilerlər tərəfindən ölkə səviyyəsində, daha sonra isə ümumdünya müsabiqə keçirilir. Dilerlər müsabiqə barədə məlumat verir, ən yaxşı 9 əsəri seçir (üç yaş kateqoriyası üzrə) və onları qlobal müsabiqədə iştirak etməsi üçün Yaponiyaya göndərir. Azərbaycan bu müsabiqədə 2014-cü ildən iştirak edir.

Toyota bu müsabiqə ilə uşaqların xəyallarını yerinə yetirməyə davam edəcək. Gənc istedadlar bu gözəl fürsətdən istifadə edərək özlərini ifadə etmək və avtomobil ilə unikal baxışlarını dünya ilə bölüşmək üçün qarşıdakı müsabiqələrdə iştirak edəcəklər.

Daha ətraflı məlumat və müsabiqənin əsas tələbləri barədə buradan tanış ola bilərsiniz: https://www.toyota-dreamcarart.com/about/

Reklam hüququnda

Paylaş:
699

Son xəbərlər

Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAMBu gün, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblərBu gün, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilibBu gün, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMANBu gün, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edibBu gün, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşübBu gün, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdürBu gün, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunurBu gün, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edirBu gün, 12:25Bazar gününün hava proqnozuBu gün, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıbBu gün, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıbBu gün, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıbBu gün, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçiribBu gün, 11:03Saray qəsəbəsində hərbi sursatlar aşkar edilib - FOTO - VİDEOBu gün, 10:57Agro Dairy şirkətinin sponsorluğu ilə “Dəyişən İqlimdə Davamlı Qida Təhlükəsizliyi” Mövzusunda IAOM Avrasiya Konfransı və Sərgisi baş tutdu - FOTOBu gün, 10:52Kamaləddin Qafarov: “Ölkənin xarici borcunun azalması iqtisadiyyatın dinamik inkişafının göstəricisidir”Bu gün, 10:43Havanın temperaturu iqlim normasından yuxarı olub - FAKTİKİ HAVABu gün, 10:26Ziya Bünyadov prospektində hərəkətə qoyulan məhdudiyyət aradan qaldırılıbBu gün, 10:14“Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyi və kollektivi şəhidlərin əziz xatirəsini yad edib - FOTO27 / 09 / 2024, 20:54
Bütün xəbərlər