Meteoroloqlar isti hava şəraiti ilə bağlı xəbərdarlıq edirlər | 1news.az | Xəbərlər
Cəmiyyət

Meteoroloqlar isti hava şəraiti ilə bağlı xəbərdarlıq edirlər

14:56 - 03 / 07 / 2018
Meteoroloqlar isti hava şəraiti ilə bağlı xəbərdarlıq edirlər

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində müşahidə olunan isti hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, bu gün ölkə ərazisində anomal isti hava şəraiti davam edir. Anomal isti hava şəraiti ilə bağlı günorta saatlarında 11:00-17:00-dək günəş şüalarının birbaşa təsiri altında uzun müddət olmaq risklidir, günəş şüalarından qorunmaq üçün mümkün vasitələrdən istifadə etməyinizi tövsiyə edirik.

“Anomal isti hava şəraiti iyulun 4-də də davam edəcək. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 39-41, Mərkəzi Aran və Naxçıvan MR-nın bəzi yerlərində 40-44, dağlıq rayonlarda isə 27-32 dərəcə isti təşkil edəcək”- deyə, meteoroloqlar bildiriblər.

1news.az

Paylaş:
359

Son xəbərlər

Bütün xəbərlər