İşıqlar niyə sönüb? – RƏSMİ AÇIQLAMA | 1news.az | Xəbərlər
Cəmiyyət

İşıqlar niyə sönüb? – RƏSMİ AÇIQLAMA

09:29 - 03 / 07 / 2018
İşıqlar niyə sönüb? – RƏSMİ AÇIQLAMA

Bir necə gündür ki, havaların kəskin isti keçməsi nəticəsində elektrik enerjisinə olan tələbat kəskin şəkildə artıb və elektrik avadanlıqlarının istismarında açılmalar baş verib.

1news.az-ın Publika.az-a istinadla verdiyi xəbərə görə, bu barədə Energetika Nazirliyi və “Azərenerji” ASC-nin Mingəçevir İES-də baş verən hadisə ilə bağlı yaydığı birgə məlumatda qeyd olunub.

Məlumatda bildirilib ki, ilkin ehtimala görə, Mingəçevirdə əsas düyün yarımstansiyasında baş vermiş açılma səbəbindən sistemdə qəza baş verməsi qaçılmaz olub:

“Vəziyyət tam nəzarət altındadır. Ölkə üzrə mərhələli şəkildə enerjinin təminatı bərpa edilməkdədir. Bir sıra bölgələrdə artıq enerji təmintı həyata keçirilib. Qısa müddət ərzində digər yerlərdə də elektrik enerjisinin verilişi bərpa ediləcək”.

S.Xankişiyeva

 

Paylaş:
4110

Son xəbərlər

Bütün xəbərlər