Enerji təchizatında yaranan fasilə ilə əlaqədar marşrut xətləri üzrə sərnişinlər ödənişsiz daşınır | 1news.az | Xəbərlər
Cəmiyyət

Enerji təchizatında yaranan fasilə ilə əlaqədar marşrut xətləri üzrə sərnişinlər ödənişsiz daşınır

20:17 - 03 / 07 / 2018
Enerji təchizatında yaranan fasilə ilə əlaqədar marşrut xətləri üzrə sərnişinlər ödənişsiz daşınır

Təkrar baş verən elektrik kəsintisi ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi sərnişindaşıma və yollarda nəqliyyat vasitələrinin maneəsiz və təhlükəsiz hərəkətinin təmin edilməsi üçün zəruri tədbirlərin icrasına başlayıb.

1news.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, sərnişin sıxlığının qarşısının alınması üçün bütün zəruri tədbirlər görülür. İlkin olaraq bütün marşrut xətləri üzrə sərnişinlərin ödənişsiz daşınmasına göstəriş verilib. Yollarda hərəkətin təhlükəsizliyi üçün bütün sürücülərdən ehtiyatlı olmalarını və yol kəsişmələrində bir-birlərinə qarşı anlayışlı olmaları tövsiyə edilir.

1news.az

Paylaş:
381

Son xəbərlər

Bütün xəbərlər