Bakı-Sumqayıt dəmir yolunda hərəkət bərpa olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı-Sumqayıt dəmir yolunda hərəkət bərpa olunub

10:22 - 03 / 07 / 2018
Bakı-Sumqayıt dəmir yolunda hərəkət bərpa olunub

Mingəçevirdə əsas düyün yarımstansiyasında baş vermiş açılma səbəbindən, bölgələrdən Bakı sərnişin stansiyasına gələn sərnişin qatarlarının hərəkətində gecikmələr qeydə alınmasına baxmayaraq, Bakı-Astara-Horadiz sərnişin qatarı artıq Bakı-sərnişin stansiyasına çatıb.

Eyni zamanda Bakı-Rostov qatarı vaxtında yola salınıb, eləcə də Bakı-Moskva qatarı artıq Bakıya çatıb.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, Bakı-Sumqayıt-Bakı marşrutunda işləyən elektrik qatarlarının hərəkəti də bərpa olunub. Yaranmış sərnişin sıxlığını aradan qaldırmaq üçün gün ərzində iki dəfə bu istiqamətdə ikiqruplu qatar xəttə buraxılacaq.

S.Xankişiyeva

Bakı-Sumqayıt-Bakı qatarı günün birinci yarısı işləməyəcək

 

Paylaş:
581

Son xəbərlər

Bütün xəbərlər