Şamaxıda 13 yaşlı şagird müəllimindən hamilə qalıb – TƏFƏRRÜAT | 1news.az | Xəbərlər
Cəmiyyət

Şamaxıda 13 yaşlı şagird müəllimindən hamilə qalıb – TƏFƏRRÜAT

12:01 - 03 / 07 / 2018
Şamaxıda 13 yaşlı şagird müəllimindən hamilə qalıb – TƏFƏRRÜAT

7-ci sinif şagirdini zorlayan müəllim yenidən məhkəmə qarşısına çıxacaq.

1news.az-ın Ölkə.az-a istinadən verdiyi xəbərə görə, Cinayət Məcəlləsinin 152.3-cü maddəsi ilə məhkum olunan İbrahimov Elnur Həsənağa oğlunun məhkəmə prosesi iyul ayının 10-da Ali Məhkəmənin hakimi Gülzar Rzayevanın sədrliyi ilə keçiriləcək. 

2016-cı ilin may ayında Şamaxıda, sözün əsl mənasında, qan donduran cinayət baş verib. Rayonun Pirbəhli kənd məktəbinin 7-ci sinif şagirdi, 13 yaşlı qız müəllimi İbrahimov Elnur Həsənağa oğlundan 7 aylıq hamilə qalıb. 
Kifayət qədər imkansız olan ailənin rayonun hüquq-mühafizə orqanlarına etdiyi şikayət, hələ ki, nəticəsiz qalıb. Belə ki, Elnur adlı "müəllim"in "səyləri" nəticəsində Şamaxı rayon məhkəmə tibb eksperti Məmməd Abdulrahibov 13 yaşlı şagirdin bakirəliyinin hələ də pozulmadığı haqda rəy verib. Şamaxı rayon məhkəmə tibbi ekspertinin rəyinə əsaslansaq, həddi-buluğa çatmamış, 7 aylıq hamilə olan azyaşlının zəmanəmizin Məryəm anası olduğu qənaətinə gəlmək olar.

İlkin olaraq Şamaxı rayon hüquq mühafizə orqanları məsələyə seyirçi mövqe nümayiş etdiriblər. Yalnız bir neçə gün sonra rayon prokurorluğu 13 yaşlı, həddi-buluğa çatmamış şagirdin guya öz müəllimi ilə könüllü intim əlaqədə olması kimi məlumat yayıb. Orta təhsilli olan İbrahimov Elnur Həsənağa oğlu isə şikayətdən bir neçə gün sonra da Şamaxı rayon Pirbəhli kəndində sinif otaqlarına müəllim kimi daxil olub. Ancaq araşdırmaların sonunda Şamaxı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 152.3 (on dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya yetkinlik yaşına çatmayana nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tərbiyə, tibbi və ya digər müəssisənin müəllimi və ya digər işçisi tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanıb və İbrahimov Elnur Həsənağa oğlu təqsirləndirilən şəxs qismində həbs olunub.

1news.az

Paylaş:
1645

Son xəbərlər

Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıbBu gün, 17:06"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişibBu gün, 16:26Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşübBu gün, 15:57Toyuna hazırlaşan qız faciəvi şəkildə ölübBu gün, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAMBu gün, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblərBu gün, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilibBu gün, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMANBu gün, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edibBu gün, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşübBu gün, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdürBu gün, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunurBu gün, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edirBu gün, 12:25Bazar gününün hava proqnozuBu gün, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıbBu gün, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıbBu gün, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıbBu gün, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçiribBu gün, 11:03Saray qəsəbəsində hərbi sursatlar aşkar edilib - FOTO - VİDEOBu gün, 10:57Agro Dairy şirkətinin sponsorluğu ilə “Dəyişən İqlimdə Davamlı Qida Təhlükəsizliyi” Mövzusunda IAOM Avrasiya Konfransı və Sərgisi baş tutdu - FOTOBu gün, 10:52
Bütün xəbərlər