Qırıcı təyyarə və helikopterlərimiz də təlimlərə qoşuldular – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qırıcı təyyarə və helikopterlərimiz də təlimlərə qoşuldular – FOTO

12:18 - 03 / 07 / 2018
Qırıcı təyyarə və helikopterlərimiz də təlimlərə qoşuldular – FOTO

Genişmiqyaslı təlimlərin planına əsasən təlimlərdə iştirak edən döyüş aviasiya vasitələrinin yerdəyişməsi həyata keçirilib.

1news.az-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, “həyəcan” siqnalı ilə qaldırılan döyüş aviasiya vasitələri ehtiyat aerodromlarına çıxarılıb.

Hava hücumundan müdafiə vasitələrinin ərazidə yerləşdirilməsi sona çatdırılıb.

Qeyd edək ki, iyulun 2-də Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrinin iştirakı ilə genişmiqyaslı təlimləri başlayıb.

İyulun 6-dək davam edəcək təlimlərə 20.000 nəfərədək şəxsi heyət, 120-dək tank və digər zirehli texnika, 200-dən artıq müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 30-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub.

1news.az

Paylaş:
753

Son xəbərlər

Bütün xəbərlər