Bakı-Sumqayıt elektrik qatarlarının sayı artırılır – CƏDVƏL
Sərnişin axınının artması ilə əlaqədar olaraq, bu gündən etibarən Bakı-Sumqayıt-Bakı marşrutu üzrə əlavə Bakıdan saat 17-00 və 21-40-da, Sumqayıtdan isə saat 17-50-də və 20-30-da yola düşən elektrik qatarları təyin edilir.
Bu barədə 1news.az-a Azərbaycan Dəmir Yolları QSC-dən məlumat verilib.
Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər barədə www.ady.az saytından əldə edə bilərsiniz.
S.Xankişiyeva
744