Mehriban Əliyeva:  AXC bizim üçün mühüm uğurlara imza atıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Mehriban Əliyeva:  AXC bizim üçün mühüm uğurlara imza atıb

17:10 - 05 / 07 / 2018
Mehriban Əliyeva:  AXC bizim üçün mühüm uğurlara imza atıb

İyulun 5-də Bakı Konqres Mərkəzində “SABAHın məzunu” mərasimi keçirilib.

Mərasimdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, administrasiyanın Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev, təhsil naziri Ceyhun Bayramov, millət vəkilləri, dövlət və özəl qurumların rəhbərləri, ali təhsil müəssisələrinin rektorları, media kapitanları, təhsil ekspertləri və tələbələr iştirak edib.

Mərasimdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın “SABAHın məzunu” mərasiminin iştirakçılarına ünvanladığı müraciət oxunub.

1news.az-ın məlumatına görə, müraciətdə deyilir:

"Əziz, SABAH qrupunun məzunları, sizi ali təhsilinizi başa vurmağınız münasibətilə səmimi qəlbdən təbrik edirəm. Bu gün siz fərdi inkişafınızın əsas mərhələsi olan təhsili geridə qoyaraq həyatınızın daha da önəmli bir mərhələsi olan peşəkar inkişafa qədəm qoyursunuz. İndiyə qədər öyrəndiklərinizi artıq reallıqda tətbiq edərək onun bəhrəsini görəcəksiniz. SABAH qrupları ali təhsil müəssisələrində yeni və fərqli bir akademik mühit yaradaraq savadlı, bacarıqlı, ən əsası əmək bazarının tələblərinə cavab verən kadrlar yetişdirib. Yaradılmış bu şəraitdən yararlanaraq məzun olmaq bir uğurdur və bu, sizin peşəkar inkişafınızda müstəsna rol oynayacaq. Əminəm ki, sizin hər biriniz bu imkandan düzgün şəkildə istifadə edərək arzuladığınız peşəkar fəaliyyətlə məşğul olacaqsınız.

Əziz dostlar, əminliklə deyə bilərəm ki, təhsil strateji və prioritet sahə olmaqla dövlətimizin daim diqqət mərkəzindədir".

Müraciətdə daha sonra bildirilir ki, Prezident İlham Əliyev tərəfindən 2013-cü ildə imzalanmış "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na əsasən, ölkəmizdə təhsil sahəsində bir sıra əsaslı islahatlar keçirilib və bu proses indi də davam edir.

Müraciətdə qeyd olunur: "Bizim əsas hədəflərimizdən biri universitetlərdə tədrisin keyfiyyətini artırmaq və qlobal əmək bazarının tələblərinə cavab verən məzunlar yetişdirməkdir. "Təhsil millətin gələcəyidir" - məhz bu fikri əsas tutaraq ölkə rəhbərliyinin başçılığı ilə son illərdə təhsil sahəsində bir sıra yüksək göstəricilərə nail olmuşuq. Bu gün Azərbaycanda savadlılıq demək olar ki, 100 faiz təmin olunub. Belə bir mühit ilk növbədə sizə - gənclərə çoxsaylı imkanlar yaradır. Təbii ki, ölkəmiz son illər ərzində bütün sahələr üzrə inkişaf edir. Prezident İlham Əliyevin söylədiyi kimi, biz elə etməliyik ki, bu inkişaf dayanıqlı olsun. Buna nail olmaq üçün isə əlbəttə ki, gənclər bilikli olmalıdır. Bu fikir şübhəsiz bizim gələcəyə baxışımızı və hədəflərimizi müəyyən edir.

Əziz gənclər, ölkəmizin təhsil sahəsində əldə etdiyi uğurlar heç də təsadüfi deyil. Dövlətçilik tariximizin ilk illərindən başlayaraq Azərbaycanda təhsilə xüsusi diqqət yetirilir. Əlamətdar tarixlərlə zəngin olan bu il biz Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyini qeyd edirik. Dövlətçiliyimizin qurulmasında, milli kimliyin və milli maraqların formalaşmasında əvəzsiz rolu olan Xalq Cümhuriyyəti bizim bu günədək fəxr etdiyimiz saysız uğurlara imza atıb. Düşünürəm ki, qısa müddətli dövrdə Xalq Cümhuriyyətinin ən böyük nailiyyətlərindən biri də məhz təhsil sahəsində olan yeniliklər idi".

Müraciətdə deyilir ki, Azərbaycan dilində tədrisə başlanılması, ilk universitetin yaradılması və gənclərin xaricdə təhsilinə dəstək verilməsi kimi mühüm addımlar atılıb. Lakin bundan sonra biz nailiyyətlərimizi qoruyub saxlamağa və daha da yüksək zirvələrə yüksəlməyə birlikdə çalışmalıyıq: "Buna nail olmaq hər bir Azərbaycan vətəndaşı, xüsusilə siz gənclərsiz mümkün deyil.

Əziz məzunlar, sizin bugünkü uğurunuzda müstəsna rol oynamış müəllimlərinizə, valideynlərinizə xüsusi minnətdarlığımı bildirmək istəyirəm. Onlar da bizimlə bərabər, bu əlamətdar gündə qürur hissi keçirirlər. İnanıram ki, əldə etdiyiniz bilik və bacarıqlardan düzgün şəkildə istifadə edərək həm bir fərd olaraq, şəxsi inkişafınıza, həm də bir vətəndaş olaraq, doğma vətənimizin inkişafına öz töhfənizi verəcəksiniz. Hər birinizə gələcək həyatınızda can sağlığı, xoşbəxtlik , təhsilinizin növbəti pillələrində və işlərinizdə uğurlar arzu edirəm. Yolunuz açıq olsun".

Babək Cahandarov

Paylaş:
803

Son xəbərlər

Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıbBu gün, 17:06"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişibBu gün, 16:26Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşübBu gün, 15:57Toyuna hazırlaşan qız faciəvi şəkildə ölübBu gün, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAMBu gün, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblərBu gün, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilibBu gün, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMANBu gün, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edibBu gün, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşübBu gün, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdürBu gün, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunurBu gün, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edirBu gün, 12:25Bazar gününün hava proqnozuBu gün, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıbBu gün, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıbBu gün, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıbBu gün, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçiribBu gün, 11:03Saray qəsəbəsində hərbi sursatlar aşkar edilib - FOTO - VİDEOBu gün, 10:57Agro Dairy şirkətinin sponsorluğu ilə “Dəyişən İqlimdə Davamlı Qida Təhlükəsizliyi” Mövzusunda IAOM Avrasiya Konfransı və Sərgisi baş tutdu - FOTOBu gün, 10:52
Bütün xəbərlər