Yerli bazara yeni nəsil izolyasiya materialları təqdim olundu – FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qayğı və diqqəti nəticəsində ölkənin inşaat sektorunda baş verən sürətli inkişaf və rəqabət bu istiqamətdə fəaliyyət göstərən şirkətlərin daha keyfiyyətli materiallardan istifadə etməsinə təkan verdi.
Bu tendensiyanı diqqətə alan “Gilan & Knauf” və “Knauf Insulation Türkiyə” şirkətləri Avropa standartlarına cavab verən “Mineral Plus” materialını yerli bazara təqdim etmək qərarına gəldi.
İyulun 3-də “Pullman Baku” otelində keçirilən təqdimatda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Memarlar İttifaqı, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Azərbaycan Memarlıq və İnşaat Universiteti, iri milli və beynəlxalq tikinti şirkətlərinin nümayəndələri iştirak ediblər.
Tədbir zamanı “Knauf İnsulation” şirkətinin Türkiyədən dəvət olunmuş nümayəndəsi Sedat Kılıç, “Mineral Plus” izolyasiya plitələrinin keyfiyyət və üstünlüklərindən bəhs edərək tədbir iştirakçılarını məhsul ilə yaxından tanış edib, bir çox suallarını yerində cavablandırıb.
İstilik və səs məsələləri sizi narahat etməsin
Yerli bazar üçün təqdim olunan məhsul tikinti fəaliyyəti ilə məşğul olan sahibkarları inşaat işlərində istiliyin saxlanılması və səsin izolyasiyası ilə bağlı qayğılardan azad edəcək. “Mineral Plus” plitələri həm konstruksiyadakı istiliyin itməsinin qarşısını alır, həm də yüksək səsudma əmsalı ilə ətrafdan gələn səsləri minimuma endirir.
Yanğın təsnifatında ən üst səviyyədə duran məhsul
Tədbir zamanı sahibkarların diqqətini cəlb edən daha bir məqam məhsulun yanğına davamlılığı ilə bağlı oldu. Təqdim olunan “Mineral Plus” izolyasiya plitəsinin onun yanğına qarşı reaksiya təsnifatında ən üst hesab edilən A1 sinfinə aid olduğu bildirildi.
Bir çox xərclərinizi minimuma endirir
Təqdimat həmçinin qonaqların işçi qüvvəsi, daşınma və saxlanma xərcləri ilə bağlı verdiyi suallarla da yadda qaldı. Bu suallara cavab olaraq qonaqlara məlumat verildi ki, “Mineral Plus” plitələri 4 qat elastik və 66% daha çox sıxlaşdırılmış qablaşdırma sayəsində daşınma, işçi qüvvəsi və saxlanma xərclərini 50%-ə qədər azaltmağa imkan verir. Zaman keçdikcə məhsul hər hansı fiziki və ya kimyəvi dəyişikliyə məruz qalmır.
Sağlamlığınızın qayğısına qalmağı unutmadıq
Tədbir zamanı “Mineral Plus” plitələri ətraf mühitə zərər verməməsi ilə də diqqət çəkdi. İştirakçılara bildirildi ki, plitələrin tərkibində hər hansı bir fenol - formaldehid tərkibli kimyəvi birləşmələr mövcud deyil. Bu maddələrin olmaması daxildəki havanın təmiz qalmasını təmin edir.
Qeyd edək ki, 30 ildən artıq təcrübəyə malik olan Almaniyanın “Knauf Insulation” şirkəti Avropanın ən böyük mineral mahlıc istehsalçılarından biridir. Şirkət 35-dən artıq ölkədə, 30 - dan çox istehsal müəssisəsi ilə fəaliyyətini davam etdirir. “Mineral Plus” izolyasiya plitəsi həmçinin Türkiyənin “Eurofins Gold” sertifikatına malik ilk və yeganə məhsuldur. Dünya üzrə 5000-dən çox əməkdaşı olan “Knauf Insulation” yaşayış, sənaye, kommersiya, inzibati və s. binaların izolyasiya məsələlərinin kompleks həllini təmin edir.
“Gilan & Knauf” şirkəti dünyada tanınmış “Knauf Qrup”un Azərbaycanda rəsmi tərəfdaşıdır. İki tərəfli əməkdaşlıq sayəsində 2008-ci ildən Goranboyda inşa edilən müəssisədə gipskarton lövhələr, profillər və gips əsaslı quru qarışıqların istehsalı həyata keçirilir. İstehsal etdiyi məhsullarda keyfiyyətə önəm verən “Gilan & Knauf” şirkəti tikinti və dizayn sahəsində daim yeniliklər etməyi, sahəyə innovativ həllər təqdim etməyi özünə hədəf seçmişdir. Şirkət məhsullarından istifadə edən fərdi sahibkarlar, eləcə də yerli və beynəlxalq tikinti şirkətləri məhsulların keyfiyyətinə və əldə edəcəkləri müsbət nəticələrdən tamamilə əmin ola bilərlər.
Reklam hüququnda