Yay günlərində Taxi xidmətlərində qiymətlər artıb?! - FOTO

Son günlərdə havaların kəskin isti keçməsi ilə əlaqədar Bakı şəhərində taksi xidmətinə olan təlabat daha da artıb.
Yaranan tələbat və nəqliyyatın sıxlığı nəticəsində taxi xidməti göstərən şirkətlər məsafədən aslı olaraq müvafiq istiqamətlərdə təbii olaraq qiymətlərini artırıblar. Lakin qiymətlərin bu cür təbii artımı sosial şəbəkə istifadəçiləri tərəfindən bir mənalı qarşılanmayıb.
Bunu nəzərə alaraq qısa araşdırma etdik və nəticədə şəhərimizdə fəaliyyət göstərən bəzi taxi xidmətlərinin əvvəlki qiymətlərə nisbətən nə qədər artdığının araşdırmasını etdik.
4 iyul 2018-ci il saat 17:54 üçün üç istiqamətdə gediş qiymətlərini nəzərinizə çatdırmaq istərdik:
Qiymətlərdən aydın şəkildə görmək mümkündür ki, artım var. Bu göstəricilər *9111- 13% 189 Taxi -6% Uber- 43% Taxify -53% təşkil edir.
Reklam hüququnda








