Gəncədə qeyri-qanuni aksiya dağıdıldı

Bu gün Gəncə şəhərində təxmini sayı 200 nəfərə yaxın olan pozucu dəstə sabitliyi pozmaq, iğtişaş törədmək məqsədilə qeyri-qanuni aksiya keçirməyə cəhd göstərib.
1news.az-in məlumatına görə, polis əməkdaşları qətiyyətli tədbirlər həyata keçirərək aksiyanın qarşısını alıb. 30-a yaxın iğtişaş iştirakçısı saxlanılıb.
İki polis əməkdaşının xəsarət aldığı bildirilir. Hüquq mühafizə orqanları vəziyyətə tam nəzarət edir.
1news.az
1414