Bilgah Beach otelində “Yuukai Sky Lounge”un açılış mərasimi baş tutacaq - FOTO

Bilgah Beach otelinin 17-ci mərtəbəsində yerləşən “Yuukai Sky Lounge” öz formatını dəyişir.
Bura artıq təkcə füsunkar mətbəxi olan Asiya restoranı deyil, həmçinin klub istirahəti sevənlər üçün uyğun olan modern gecə məkanıdır.
Restoranın hal-hazırki stilistikası həm dostlar ətrafında eleqant şam yeməyi üçün, həm də klub industriyasının ən gözəl ənənəsi formatında tam dincəlmək istəyənlərə uyğundur. Hər iki seqmentin ziyarətçilərinin rahatlığını düşünərək məkan tam dincəlmək üçün ən yaxşı şərtlər təklif edir – əla mətbəx, pivə və pivə məzələrinin geniş seçimi, qəlyan və kokteyllərin hər kəsin ağız dadına uyğun növləri, canlı musiqi və həmçinin Azərbaycanın ən parlaq House və R&B DJ-ləri çıxış edən canlandırıcı şənliklər. “Yuukai Sky Lounge” – bura göyə yaxın olmaq istəyənlər üçündür və ən tələbkar qonağı belə sevindirməyə qadirdir.
20 iyulda qonaqları gözləyir:
- Leyla Məmmədovanın ifasında canlı musiqi
- Saksofonçu Nicat Məsimov qonaqların əhval-ruhiyyəsini cazz sədaları ilə dolduracaq
- DJ Ruller monoton klub səslənməsinə xas olmayan house elementlərinin improvizasiyasına dalmağa kömək edəcək.
“Yuukai Sky Lounge” qonaqları yeni imkanlar və mükəmməl keyfiyyətlə sevindirir.
Reklam hüququnda