Bakıda yenə işıqlar sönüb

Bu gün saat 16.00 radələrində Bakının bir çox rayonlarında elektrik enerjisinin verilişində fasilə yaranıb.
Sosial şəbəkələrdən əldə edilən məlumatlara görə, Bakının Yasamal, Nərimanov rayonlarında, eləcə də Hövsan, Qaraçuxur, Bakıxanov qəsəbələrində, “Əhmədli” və “Qara Qarayev” metro stansiyaları ərazisində işıq olmayıb.
Həmçinin Sumqayıt, Qusar və Masallıda da işıqlar kəsilib.
Rəsmi qurumlardan bununla bağlı şərh almaq hələ ki, mümkün olmayıb.
Tərcümə: S.Xankişiyeva
1928