Gəncədə törədilmiş cinayətlərlə bağlı daha 7 nəfər həbs edilib

Hüquq mühafizə orqanlarından əldə edilmiş məlumata görə 2018-ci ilin 10 iyul tarixində Gəncə şəhərində törədilmiş cinayətlərlə bağlı daha 7 nəfər, o cümlədən axtarışda olan İbrahimov Samir Ramiz oğlu həbs edilmişdir.
Ümumilikdə, 10 iyul hadisələrinə görə 22 nəfər həbs edilmişdir. 1 nəfər bu gün gecə saatlarında Azərbaycan-Gürcüstan sərhədini Qazax rayonu ərazisindən keçmək istəyərkən saxlanılmışdır.
Eyni zamanda, məlumata görə 3 iyul tarixində Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin həyatına sui-qəsdlə bağlı ümumilikdə 13 nəfər həbs olunmuş, 8 nəfər barəsində axtarış elan edilmişdir.
Əməliyyat-axtarış tədbirləri davam etdirilir.
1news.az
Fotoda: İbrahimov Samir Ramiz oğlu
706