“Nar” ucqar dağ kəndini mobil rabitə ilə təmin etdi – FOTO
“Nar” mobil rabitənin mövcud olmadığı Yardımlı rayonunun Arvana kəndində mobil şəbəkə qurdu.
Dəniz səviyyəsindən 2000 m hündürlükdə yerləşən ucqar kənddə mobil rabitənin olmaması yerli sakinlər üçün ciddi əngəllər yaradırdı. Arvana sakinlərinin rabitə problemini həll etmək üçün “Nar” operatoru kənddə tam gücüylə fəaliyyət göstərən mobil şəbəkə qurdu.
Hazırda kənd ərazisində “Nar”ın 4 baza stansiyası fəaliyyət göstərir və bütün kəndi əhatə edir. Xüsusi enerji təminatına malik “Nar” şəbəkəsi kəsintisiz fəaliyyət göstərərək əhaliyə keyfiyyətli zəng və internet xidmətlərindən istifadə etmək imkanı yaradıb.
Sakinlərin böyük sevincinə səbəb olan bu hadisə münasibətilə “Nar” Arvana kəndində maraqlı tədbir keçirdi. Sakinlərin görüşünə gələn “Nar” yerlilərə pulsuz nömrələr, internet və danışıq balansı və digər dəyərli hədiyyələr təqdim etdi. Yeni nömrələrini istifadə edən kənd sakinləri zəng və internet xidmətlərindən yararlanaraq, mobil rabitənin keyfiyyətindən razı qaldılar.
Arvana sakinləri kəndin ciddi probleminə çevrilmiş rabitə problemini aradan qaldırdığına görə mobil operatora minnətdarlığını bildirdi. Kənddən xüsusi hazırlanmış video çarxı buradan izləyə bilərsiniz.
Qeyd edək ki, mobil operator, paytaxtla yanaşı, bölgələrin də yüksəkkeyfiyyətli mobil zəng və internet xidməti ilə təmin olunmasına diqqət ayırır. Təkcə 2018-ci il ərzində ölkənin 30-a yaxın şəhər və rayonlarında yeni baza stansiyaları quraraq abunəçilərin istifadəsinə təqdim edib. Bölgələr üçün xüsusi yaradılmış “Yerlim” tarifindən istifadə edən “Nar” abunəçiləri zəng xidmətlərindən çox sərfəli qiymətə – dəqiqəsi 1 qəpiyə, yararlanırlar.
“Nar” şəbəkəsi və tarifləri haqqında ətraflı məlumatı nar.az saytından əldə edə bilərsiniz.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3 Communications” keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanıb.
Reklam hüququnda