Oyuncaq tapança ilə quldurluq edənlər məhkəmədə – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Oyuncaq tapança ilə quldurluq edənlər məhkəmədə – FOTO

17:27 - 23 / 07 / 2018
Oyuncaq tapança ilə quldurluq edənlər məhkəmədə – FOTO

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Bəxtiyar Camalov və Həsən Muxtarovun CM-nin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesi keçiriləcək.

1news.az-a Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, bu il aprelin 16-da gecə saat 03:00 radələrində Xətai rayonu ərazisində yerləşən yanacaqdoldurma məntəqələrindən birinə gələn iki nəfər maskalı şəxs orada operator işləyən üç nəfəri tapançaya oxşar əşya ilə hədələyib, onlardan ümumilikdə 867 manat pul alaraq hadisə yerini tərk ediblər.

Məlumat daxil olandan sonra Bakı şəhər Baş Polis İdarəsi (BPİ) və Xətai RPİ-nin əməkdaşları tərəfindən isti izlərlə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Həsən Muxtarov və Bəxtiyar Camalov saxlanılıblar.

Mansurovun yaşadığı evə baxış zamanı oradan hadisə vaxtı istifadə etdikləri oyuncaq tapançalar və maskalar aşkarlanaraq, götürülüb.

İş üzrə hazırlıq iclası iyulun 31-nə təyin edilib.

S.Xankişiyeva

Paylaş:
1953

Son xəbərlər

Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilibBu gün, 18:05Binəqədi rayonunda mebel sexində baş verən yanğın məhdudlaşdırılıbBu gün, 17:26Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıbBu gün, 17:06"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişibBu gün, 16:26Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşübBu gün, 15:57Toyuna hazırlaşan qız faciəvi şəkildə ölübBu gün, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAMBu gün, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblərBu gün, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilibBu gün, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMANBu gün, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edibBu gün, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşübBu gün, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdürBu gün, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunurBu gün, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edirBu gün, 12:25Bazar gününün hava proqnozuBu gün, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıbBu gün, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıbBu gün, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıbBu gün, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçiribBu gün, 11:03
Bütün xəbərlər