Gəncə hadisələrinə görə daha bir nəfər məhv edildi – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncə hadisələrinə görə daha bir nəfər məhv edildi – FOTO

14:29 - 25 / 07 / 2018
Gəncə hadisələrinə görə daha bir nəfər məhv edildi – FOTO

Gəncə hadisələrini törətməkdə şübhəli bilinən daha bir nəfər məhv edilib.

1news.az-ın məlumatına görə, Yunis Səfərovla birlikdə Gəncə Şəhər icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd törətmək planlarını hazırlamış, Cinayət Məcəlləsinin terrorçuluq, qəsdən adam öldürmə və dövlət xadiminin  həyatına sui-qəsd etmə  maddələrinə görə axtarışda olan, Gəncə şəhər sakini Sərxani Ağa Hüseyn oğlu silahli müqavimət göstərdiyinə görə - “Aslanlar” tərəfindən məhv edilib.

Müəyyən edilib ki, o , 2016-cı ildə Suriya ərazisində silahlı birləşmələrin tərkibində döyüş təlimi keçib, mütəmadi olaraq İrana səfərlər edib.

1news.az

Paylaş:
1286

Son xəbərlər

Bütün xəbərlər