Pərviz Heydərov: Azərbaycan iqtisadiyyatındakı inkişaf tempi davam edəcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

Pərviz Heydərov: Azərbaycan iqtisadiyyatındakı inkişaf tempi davam edəcək

16:01 - 02 / 08 / 2018
Pərviz Heydərov: Azərbaycan iqtisadiyyatındakı inkişaf tempi davam edəcək

Azərbaycan iqtisadiyyatı keçən illərə nisbətən nəinki inkişaf tempini qoruyub saxlayıb, hətta qeyri-neft sektorunda müşahidə edilən artım hesabına sürət tempini bir qədər də artırıb. Bunu nüfuzlu beynəlxalq təşkilatlar da təsdiq edirlər.

İqtisadçı ekspert Pərviz Heydərov 1news.az-a müsahibəsində sözügedən təşkilatların ölkəmizin iqtisadi inkişafı ilə bağlı proqnozlarını şərh etməklə yanaşı, bu inkişafı şərtləndirən amillərdən danışıb, eləcə də qeyri-neft və bank sektorlarının inkişafı üçün görülməli olan tədbirlərlə bağlı fikirlərini bölüşüb.

Həmin müsahibəni təqdim edirik:

- Rusiyanın Milli Araşdırma Universitetinin Sosial Siyasət Tədqiqatları İnstitutu MDB ölkələri arasında əməkhaqqı reytinqini açıqlayıb. Reytinqdə Azərbaycan 4-cü sırada qərarlaşıb. Bunu necə dəyərləndirirsiniz?

- 2018-ci ilin yanvar-may aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 4 % artaraq 541,0 manat təşkil edib. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 2018-ci ilin yanvar-iyun aylarında əhalinin gəlirləri nominal ifadədə 9,3 % artıb.

Ölkəmizdə orta aylıq səviyyəsi hələ bir az da yüksək ola bilərdi. Sadəcə olaraq, 2015-ci ildə 2 dəfə devalvasiya hadisəsi, o cümlədən 2016-cı ildə manatın ABŞ dollarına nəzərən daha 15 %-ə yaxın ucuzlaşması nəticəsi olaraq, əmək haqları səviyyəsi xarici valyuta ifadəsində “zəiflədi”...

Bununla belə, orta aylıq əmək haqqı səviyyəsi ardıcıl olaraq artmaqda davam edir. Məlumdur ki, bu ilin mart ayında da büdcə təşkilatlarında çalışanların maaşları orta hesabla 10 % artırıldı. Bu, bir neçə ildən bir ardıcıl olaraq həyata keçirilir.

- “Standard & Poor’s” reytinq agentliyinin hesabatında Azərbaycan iqtisadiyyatının 2018-ci ildən 2021-ci ilə qədər olan dövr ərzində orta hesabla 3 faiz artacağı proqnozlaşdırılır. Sizcə, bu artımı şərtləndirən başlıca amillər hansılardır?

- 2017-ci ili bütövlükdə 0,1% göstəriciylə başa vurmuşuq. Ümumiyyətlə, keçən il əvvəlcədən iqtisadiyyatda bərpa ili olaraq proqnoz edilmişdi. Belə ki, sözügedən ildə ardıcıl olaraq 2 ildir davam edən geriləmə prosesinin dayanacağı və stabilləşmə müşahidə olunmağa başlayacağı qeyd edilmişdi. Buna da, hökumətin 2016-cı ilin əvvəlindən həyata keçirməyə başladığı tədbirlər, yəni, iqtisadiyyatı idarəetmə sistemini təkmilləşdirməsi ilə yanaşı, bütün istiqamətlər üzrə qənaətə keçməklə mövcud büdcə-vergi siyasətini dəyişdirməsi, o cümlədən, pul-kredit siyasətini daha da sərtləşdirməsi, həmçinin xarici iqtisadi faktorların təsirlərinin də həmin ilin ikinci yarısından yumşalmağa başlaması, xüsusən də neftin qiymətinin hasilatçı ölkələr tərəfdən istehsalın azaldılacağıyla bağlı söhbətlər ortaya çıxan gündən sabitləşməsi zəmin yaratmışdı.

Hesab edirəm ki, 2016-cı ildə 3,1% azalmadan sonra 2017-ci ildə 0,1% artımın qeydə alınması, bu il üçün ən azı neftin dünya bazar qiymətlərinin sabit qalacağıyla əlaqədar daha yüksək nəticə əldə olunacağını vəd edir. Bundan əlavə, ölkənin qeyri-neft sektorunda inkişaf davam edir. Və hökumətin qeyri-neft məhsullarının ixracının getdikcə genişləndirilməsi istiqamətindəki tədbirləri yeni vüsət alır.

2018-ci ildə qeyri-neft sektorunda 2,9%, növbəti illərdə isə orta hesabla 3%-dən yuxarı artım proqnozlaşdırılıb. Düzdür, neft sektorunda azalma bunun müsbət təsir imkanlarını məhdudlaşdıracaq. Söhbət ÜDM istehsalının yeksəlməsi tempindən gedir. Bununla belə, neft sektorunda azalan, qeyri-neft sektorunda isə əksinə, artan tendensiya sonradan biri-birilərinə hazırda olan əks təsirlərini dayandırmalı olacaq. Odur ki, hökumət qarşıdakı illərə də inamla baxır.

ÜDM istehsalının artımı üzrə sonrakı illərdə daha yüksək rəqəmlər proqnozlaşdırılır: 2019-cu ildə 72,727 milyard, 2020-ci ildə 77,403 milyard, 2021-ci ildə isə 81,053 milyard manat... Bu isə real ifadədə uyğun olaraq, 1,4 %, 3,7 və 2,9 % təşkil edir. Odur ki, beynəlxalq qurumlar da ölkəmizdə ÜDM artımına optimist yanaşmaqdadılar.

- Kənar təsirlər Azərbaycan iqtisadiyyatının inkişafına necə təsir göstərir? Qeyri-neft sektorunun hazırkı inkişaf səviyyəsi sizi qane edirmi?

- Hazırda bütün xarici iqtisadi amillər Azərbaycanın xeyrinədir. Kənardan şok mənfi təsirlər yox dərəcəsindədir. Bu ilin birinci yarısı artıq, 1 aydır ki, arxada qalıb: ölkənin sosial-iqtisadi inkişafının ilk 6 ayına dair yekunlar ortadadır, qarşıda duran vəzifələr bəllidir. Gözlənildiyi kimi, bir sıra mühüm göstəricilərdə irəliləyiş var və iqtisadiyyatımız bütövlükdə 2-3 il öncəki böhranlı vəziyyətdən əvvəlki dövrə qayıtmaq üzrədir. Bu da həm xarici mənfi təsirlərin dayanması, həm də hökumətin həyata keçirdiyi tədbirlərin nəticəsidir.

Bununla belə, qeyri-neft sektorunun hazırkı inkişaf səviyyəsi mövcud sabitliyin dayanıqlıqla əvəzlənməsi üçün yetərli deyil. Hələ çox işlər görülməlidir. Yaxşı olardı, qeyri-neft sektorunun inkişafı, qeyri-neft ixracının artımı istiqamətində hökumətin başlatdığı səylər davam etdirilsin. Əks halda, mövcud sabitlik çox nisbi olaraq qalmağa davam edəcək və iqtisadiyyatımız xarici şoklar təhlükəsindən qurtulmayacaq. Çünki hökumət özü də gördü ki, nə qədər möhkəm makroiqtisadi dayanıqlıq mövcud olsa da bu, bilavasitə konkret xammal ixracı üzərində köklənibsə, qısa zaman ərzində əldən gedə bilər.

- “Fitch Ratings” Beynəlxalq Reytinq Agentliyinin açıqlamasında bildirilir ki, Azərbaycanda mövcud olan geniş sosial və siyasi sabitlik davam edəcək. Bu isə iqtisadi inkişafla birbaşa bağlı olan məsələdir. Bu baxımdan bundan sonrakı dövr üçün ölkəmizin  iqtisadi inkişaf tempini müsbət qiymətləndirmək olarmı?

- Bəli, təkrar edirəm ki, ölkə iqtisadiyyatının vəziyyətini müəyyən edən əsas barometr göstəricilərdə müsbətə doğru dəyişikliklər var. Lakin, iqtisadi aktivlik elə bir şeydir ki, müvafiq maliyyə dəstəyi görməsə, konkret olaraq bank kreditləşdirməsi əldə etməsə, keçici xarakter daşıyacaq. Əgər, həyata keçirilməkdə olan cari iqtisadi kursun daha çox səmərəli nəticə verməyini istəyiriksə, bilavasitə banklar tərəfindən kreditlərin verilməsi zəifliyi mütləq aradan qalxmalıdır. Əks halda, ölkə iqtisadiyyatında qeyri-neft sektorunun inkişafı ilə bağlı və bu sahədən ixrac potensialının genişləndirilməsi istiqamətində atılmaqda olan addımların səmərə verməsi çətin olacaq.

Ona görə də, ən vacib məqamlardan biri bank sektorunun iqtisadiyyata vəsait qoyuluşunda rolunu bərpa etməkdir. Bunun üçün isə banklarda vəsait çatışmazlığı problemi aradan qalxmalı və banklar tərəfindən iqtisadiyyata kredit qoyuluşunun 2015-ci ildən bəri azalması tendensiyasının qarşısı alınmalıdır.

Babək Cahandarov

Paylaş:
1359

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər