Elmar Məmmədyarov: Xəzər dənizi bizi birləşdirməlidir, məhdudlaşdırmamalıdır | 1news.az | Xəbərlər
İqtisadiyyat

Elmar Məmmədyarov: Xəzər dənizi bizi birləşdirməlidir, məhdudlaşdırmamalıdır

13:13 - 06 / 08 / 2018
Elmar Məmmədyarov: Xəzər dənizi bizi birləşdirməlidir, məhdudlaşdırmamalıdır

Bir neçə ildir ki, həyata keçirilmiş böyük işlər Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsini razılaşdırmağa imkan verən nəticəyə gətirib.

1news.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar  Məmmədyarov RİA-Novosti-yə müsahibəsində deyib.

Onun sözlərnə görə, bu, Qazaxıstanda keçiriləcək Xəzəryanı dövlət başçılarının 5-ci zirvə toplantısında imzalanması üçün bütün lazımi şərtləri yaradıb: 

"Bütün ölkələrin Konvensiyanın mətni ilə bağlı irdları  oldu. Bu, belə hüquqi sənədlərin işlənməsi üçün çox sadə beynəlxalq təcrübədir. Məlum olduğu kimi, 1996-cı ildə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanmasına dair Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrupu yaradıldı, bu format çərçivəsində 51 görüş keçirilib. Təbii ki, tərəflərin mövqelərinin razılaşdırıldığı bir vaxtda, iştirakçılar arasında Xəzər məsələləri üzrə ənənəvi Azərbaycan-Rusiya məsləhətləşmələri də daxil olmaqla,  əlaqələr qurulmuşdur".

Konvensiya layihəsində üç ölkənin Xəzər dənizində hərbi mövcudluğu barədə razılığa gəlmələri məsələsinə toxunan XİN rəhbəri deyib ki, belə bir sənədi imzalayan tərəflər ondan irəli gələn hüquq və öhdəliklərini yerinə yetirirlər:

"Pacta sunt universal prinsipindən irəli gələrək, biz Konvensiyada təsbit olunmuş müddəalara sadiq olmalıyıq.

Xəzərdə qeyri-sahilyanı ölkələrin silahlı qüvvələrinin olmaması belə razılaşdırılmış müddəlardan biridir. Ümumiyyətlə, sənəddə bildirilir ki, Xəzər sülh, mehriban qonşuluq, dostluq və əməkdaşlıq zonasıdır. O, ölkələrimizi birləşdirən, məhdudlaşdırmayan, əksinə onların imkanlarını genişləndirən, milli iqtisadiyyatın inkişafı üçün optimal şərtlərlə təmin edən körpü olaraq qalır və qalmalıdır.

Xəzəryanı ölkələr uzun müddətdir ki, öz hüquqlarından istifadə edir və beynəlxalq əməkdaşlıq çərçivəsində resurslarının istifadəsi üçün səmərəli infrastruktur yaradıblar. Müvafiq investisiya mühiti var idi. Ölkələrimizin uğurları Xəzərdə gələcək əməkdaşlığın inkişafına, etimad tədbirlərinin mövcud mexanizmlərinə və hər kəsin faydasına xidmət edir".

P.Sultanova

 

 

Paylaş:
550

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər