“Con Batçelor Şou”: Müalicəvi əhəmiyyətə malik möcüzəli Naftalan nefti | 1news.az | Xəbərlər
Cəmiyyət

“Con Batçelor Şou”: Müalicəvi əhəmiyyətə malik möcüzəli Naftalan nefti

22:11 - 10 / 08 / 2018
“Con Batçelor Şou”: Müalicəvi əhəmiyyətə malik möcüzəli Naftalan nefti

ABŞ-ın məşhur radioverilişinin növbəti reportajı Naftalan neftinə həsr olunub.

Amerika Birləşmiş Ştatlarının geniş auditoriyaya malik olan “Con Batçelor Şou” radioverilişinin aparıcısı Con Batçelor Azərbaycana səfəri zamanı ölkəmizlə bağlı silsilə reportajlar hazırlayıb.

Radioverilişin reportajlarından biri də möcüzəli və şəfaverici Naftalan neftinə həsr edilib. Radioverilişdə Naftalan şəhərinin müalicə turizmi sahəsində geniş təcrübəsi, o cümlədən dünyada bənzərsiz xüsusi növ neftlə müalicə üsulları barədə məlumat verilib.

Məşhur aparıcı qeyd edir ki, Naftalan müalicəvi əhəmiyyətə malik neftinə görə tanınır. Lakin bu neft avtomobillərdə və təyyarələrdə istifadə olunan neftdən deyil. Müalicəvi xassələrə malik bu neft Naftalan nefti kimi məşhurdur. Naftalan neftində gözəllik və müalicə üçün sanki bir möcüzə var.

Con Batçelor Naftalan şəhərindəki “Qarabağ SPA and Resort” otel kompleksində hazırladığı reportajda Naftalan nefti ilə müalicə aparan doktor Dilbər Kazımova və spa meneceri Rövlanə Heydərovanın fikirlərinə də yer verir. Məşhur aparıcı deyir: “Mən Floridanın Orlando şəhərindəki Disney dünyasının bir hissəsini xatırladan beşulduzlu müalicə kompleksindəyəm. Burada müalicə prosesi gedir. Kompleks müalicəyə gələn insanlarla doludur. Müalicə bir, iki gün yox, həftələrlə davam edir”.

Naftalan neftinin müalicəvi təsirlərindən, insanların bu neftə üstünlük vermələrinin səbəblərindən danışan Dilbər Kazımova və Rövlanə Heydərova onun dəri, sinir sistemi, qan dövranı və s. üçün faydalı olduğunu söyləyirlər. Onlar müalicə prosesi barədə məlumat verir, qonaqların 99 faizinin buradan razı getdiyini bildirirlər.

Con Batçelor Naftalan neftinin şöhrətindən bəhs edir. O deyir ki, əgər bir vaxtlar Naftalana yalnız keçmiş Sovet İttifaqı ölkələrindən çoxlu sayda insan gəlirdisə, indi 60-dan artıq ölkədən, hətta Amerikadan da buraya gəlirlər. O, Naftalan neftinin müxtəlif xəstəliklərin müalicəsində faydalı xüsusiyyətlərini dinləyicilərin diqqətinə çatdırır.

“Mən görürəm ki, buraya gələn insanlar çox məmnundurlar. Onlar “Qarabağ SPA and Resort” kompleksinin ərazisində gəzirlər. Ümumiyyətlə, bu, çox gözəl kompleksdir. Mən indiyə qədər gördüyüm ən qeyri-adi bir kurort mərkəzində oldum. Mənim sol əlimdə bir az problem var idi və Naftalan neftindən istifadədən sonra hiss edirəm ki, onun yaxşı təsiri olub”, - deyə məşhur aparıcı bildirir.

Qeyd edək ki, məşhur “Con Batçelor Şou” radioverilişinin aparıcısı Con Batçelor 30 iyul-3 avqust tarixlərində Azərbaycanda səfərdə olub. Səfər çərçivəsində o, ilk dəfə olaraq ardıcıl surətdə Azərbaycan haqqında yeddi müxtəlif veriliş hazırlayıb.

“Con Batçelor Şou” gündəlik həyatda aktual olan beynəlxalq hərbi, siyasi və iqtisadi mövzulara həsr edilir, ABŞ-da federal ABC Radio Şəbəkəsinə daxil olan müxtəlif ştat və şəhərlərdə geniş çeşidli radiokanallar tərəfindən həm canlı, həm də audio yazısı yayımlanır. Həftənin hər günü yayımlanan bu şou ABŞ-da milyonlarla dinləyici auditoriyasına malikdir.

AZƏRTAC

Paylaş:
624

Son xəbərlər

Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilib28 / 09 / 2024, 18:05Binəqədi rayonunda mebel sexində baş verən yanğın məhdudlaşdırılıb28 / 09 / 2024, 17:26Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb28 / 09 / 2024, 17:06"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişib28 / 09 / 2024, 16:26Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşüb28 / 09 / 2024, 15:57Toyuna hazırlaşan qız faciəvi şəkildə ölüb28 / 09 / 2024, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAM28 / 09 / 2024, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblər28 / 09 / 2024, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib28 / 09 / 2024, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMAN28 / 09 / 2024, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edib28 / 09 / 2024, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşüb28 / 09 / 2024, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdür28 / 09 / 2024, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunur28 / 09 / 2024, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edir28 / 09 / 2024, 12:25Bazar gününün hava proqnozu28 / 09 / 2024, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıb28 / 09 / 2024, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıb28 / 09 / 2024, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıb28 / 09 / 2024, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçirib28 / 09 / 2024, 11:03
Bütün xəbərlər