Nabran zibilliyi: bələdiyyə sədri cərimələndi – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Nabran zibilliyi: bələdiyyə sədri cərimələndi – VİDEO

09:14 - 13 / 08 / 2018
Nabran zibilliyi: bələdiyyə sədri cərimələndi – VİDEO

Nabran ərazisində meşə ətrafı sahənin məişət tullantıları ilə çirkləndirilməsi və tullantıların qalaqlanması barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan və sosial şəbəkədə yayılan video məlumat dərhal Nazirliyin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, məişət tullantılarının qalaqlandığı ərazinin Nabran bələdiyyəsinə məxsus olduğu müəyyən edilib. Əraziyə baxış zamanı 500 m2 sahənin tullantılarla çirkləndirildiyi faktı təsdiqini tapıb. Zibillik sahə operativ olaraq ETSN-nin əmədaşlarının nəzarəti ilə Nabran bələdiyyəsi tərəfindən təmizlənib.

Tullantıların idarə olunması qaydalarının pozulmasına görə akt və  protokol tərtib olunaraq Nabran bələdiyyəsinin sədri Qutrət Qədimov vəzifəli şəxs qismində 2500 manat məbləğində cərimə edilib. Gələcəkdə belə hallara yol verilməməsi üçün ona icrası məcburi olan məcburi göstəriş verilib.

ETSN ətraf mühitin qorunması, təbiəti mühafizə və tullantıların idarə olunması sahəsində əsil vətəndaş mövqeyi nümayiş etdirərək Nazirliyin işinə dəstək göstərən hər bir şəxsə təşəkkürünü bildirir.

1news.az

Paylaş:
351

Son xəbərlər

Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilib28 / 09 / 2024, 18:05Binəqədi rayonunda mebel sexində baş verən yanğın məhdudlaşdırılıb28 / 09 / 2024, 17:26Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb28 / 09 / 2024, 17:06"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişib28 / 09 / 2024, 16:26Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşüb28 / 09 / 2024, 15:57Toyuna hazırlaşan qız faciəvi şəkildə ölüb28 / 09 / 2024, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAM28 / 09 / 2024, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblər28 / 09 / 2024, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib28 / 09 / 2024, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMAN28 / 09 / 2024, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edib28 / 09 / 2024, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşüb28 / 09 / 2024, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdür28 / 09 / 2024, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunur28 / 09 / 2024, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edir28 / 09 / 2024, 12:25Bazar gününün hava proqnozu28 / 09 / 2024, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıb28 / 09 / 2024, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıb28 / 09 / 2024, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıb28 / 09 / 2024, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçirib28 / 09 / 2024, 11:03
Bütün xəbərlər