Sərxoş müştəri “Bravo”da şüşə qapı sındırıb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Sərxoş müştəri “Bravo”da şüşə qapı sındırıb – FOTO

09:19 - 14 / 08 / 2018
Sərxoş müştəri “Bravo”da şüşə qapı sındırıb – FOTO

“Bravo” marketlər şəbəkəsinin Şüvəlan filialında tragikomik hadisə baş verib.

1news.az-ın BAKU.WS -ə istinadla verdiyi xəbərə görə, marketə daxil olmaq istəyən sərxoş şəxs şüşə qapının fərqinə varmayıb.

Belə ki, birinci qapıdan normal keçən şəxs zərblə ikinci qapıya çırpılıb. Nəticədə şüşə qapı sınıb, sərxoş isə huşunu itirərək yerə yıxılıb.

Yardıma gələn mağazanın mühafizəçiləri onu ayıltdıqdan sonra təcili yardım çağırıblar.

S.Xankişiyeva

 

 

Paylaş:
1126

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər