Xəzərin sahilində yerləşən istirahət mərkəzlərinin sahibləri cərimələndi | 1news.az | Xəbərlər
Cəmiyyət

Xəzərin sahilində yerləşən istirahət mərkəzlərinin sahibləri cərimələndi

09:26 - 14 / 08 / 2018
Xəzərin sahilində yerləşən istirahət mərkəzlərinin sahibləri cərimələndi

Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər nazirliklərinin əməkdaşları tərəfindən Bakı şəhərinin Xəzər dənizi sahil zolağında reydlər keçirilib.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, reydlər zamanı Binəqədi rayonu Xəzər sahili zonasında fəaliyyət göstərən “Həyat”, “Dəniz”, “Matros” və “Anar” istirahət mərkəzlərində əmələ gələn məişət tullantılarının ərazidə qalaqlandığı və qanunvericiliyə uyğun idarə olunmadığı müəyyən edilib.

Faktlarla bağlı obyekt sahibləri Hacı Sadıqov, Aydın Matatyayev, Rəşad Əlverdiyev və Anar Rüstəmov  barəsində protokollar tərtib edilərək İnzibati Xətalar Məcəlləsinə əsasən hər biri 800 manat məbləğində cərimə olunub.

Nöqsanların aradan qaldırılması məqsədilə obyekt sahiblərinə icrası məcburi olan müddətli “məcburi göstəriş”lər verilib.

Reydlər  davam etdirilir.

Babək Cahandarov

Paylaş:
597

Son xəbərlər

Konyada güclü zəlzələ oldu

15 / 05 / 2025, 17:15

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər