Daha 5 ölkədə ticarət və şərab evimiz olacaq
Azərbaycan xaricdə ticarət evlərinin sayını artırmaq niyyətindədir.
1news.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov deyib. Onun sözlərinə görə, yaxın zamanlarda Azərbaycan daha beş ölkədə ticarət evləri açacaq:
“2018-ci ilin sonuna kimi Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, Çin, Polşa və Qazaxıstanda ticarət evlərinin açılması planlaşdırılır”.
Qeyd edək ki, Azərbaycanın ilk ticarət evi 2017-ci ildə Belarusda açılıb.
1news.az
534