Havanın temperaturu Bakıda 31, rayonlarda 34 dərəcəyə çatacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Havanın temperaturu Bakıda 31, rayonlarda 34 dərəcəyə çatacaq

13:51 - 15 / 08 / 2018
Havanın temperaturu Bakıda 31, rayonlarda 34 dərəcəyə çatacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi avqust ayının 16-na olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 21-24, gündüz 26-31,  Bakıda gecə 22-24, gündüz 29-31 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi norma daxilində 760  mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-65 faiz təşkil edəcək.

Abşeron çimərliklərində avqustun 16-da şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 24-25 dərəcə isti təşkil edəcək. Şimal-şərq küləyi əsəcək. 

Azərbaycanın rayonlarında avqustun 16-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24, gündüz  29-34 isti, dağlarda gecə 10-15, gündüz  18-23 dərəc isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza görə, avqustun 16-da Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Babək Cahandarov

Paylaş:
575

Son xəbərlər

Bütün xəbərlər