BƏƏ qadın siyasətinə görə bölgədə aparıcı modeldir - SƏFİR yazır | 1news.az | Xəbərlər
Siyasət

BƏƏ qadın siyasətinə görə bölgədə aparıcı modeldir - SƏFİR yazır

09:43 - 28 / 08 / 2018
BƏƏ qadın siyasətinə görə bölgədə aparıcı modeldir - SƏFİR yazır

Qadınların hüquq və imkanlarının genişləndirilməsi  perspektivlərinə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ)  yanaşması dünyada təqlid olunacaq unikal bir modeldir. BƏƏ qadınları inkişaf prosesində olduğu kimi gələcək nəsilin tərbiyəsi prosesində də önəmli rol oynayır və dövlətin gələcək inkişafına rəvac verən planlarında xüsusi pay sahibidirlər.

Qadınların hüquq və imkanlarının genişləndirilməsinin bu qabaqcıl modeli, mərhum Şeyx Zayed bin Sultan Al Nəhyanın  bu prosesə yanaşmasına və ölkənin tərəqqisində, gələcək nəsilin yetişməsində  mühim rol oynayan  qadınlara müdrik idarəçiliyin etimad edilməsinə əsaslanır.

BƏƏ konstitusiyası kişi ilə qadının bərabər hüquqa malik olduqlarını bəyan edir. Qadınlar və kişilərin  bərabər hüquqlara malik olması, qadınların qazandığı uğurlar, təhsil, savadsızlığın ləğvi  və qadınların məşğulluq sektorunda payı, qadınla ehtiramla davranma kimi göstəricilər üzrə BƏƏ regional və beynəlxalq sahələrdə lider mövqeyində qəraralaşıb.

Birləşmiş Ərəb Əmirlikləri qadınların qərar qəbuletmə prosesində iştirakını dəstəkləyir, çünki bu, ölkənin iqtisadi cəhətdən gücləndirilməsinin əsas amilidir. Nazirlər Kabineti 2014-cü il 9 dekabr tarixində bütün dövlət qurumlarını və orqanlarını idarə heyətlərinə  qadınların daxil edilməsini zəruri hesab edən  bir qərar qəbul etdi.  BƏƏ-də  hökumət müəssisələrində qadınların təmsil edilməsi  15% təşkil edir. Federal Milli  Şuranın  qadın üzvlərin sayı  9-a çatıb ki, bu da ümumi sayı 40-a çatan bütün üzvlərin 22.5%-ni təşkil edir. 2016-cı ildə yeni  formalaşan nazirliklərin əməkdaşlarının 27% -ni qadınlar təşkil edir.

Qadınlar məhkəmə orqanlarında da fəaliyyət göstərirlər. Habelə onlar polis sıralarına da daxil olub və hərbi korpuslarda çalışmağa başlayıblar.    Diplomatiya  sahəsində də qadınların rolu danılmazdır. Onlar Beynəlxalq Əməkdaşlıq Nazirliyinin diplomatik korpusunda hal-hazırda çalışan   əməkdaşların 30% -ni təşkil  edirlər.

BƏƏ-nin Beynəlxalq səviyyədə qadınların hüquq və imkanlarının  genişləndirilməsi sahəsində töhfələri və  nailiyyətləri danılmazdır.                                                        

Bu vacib məsələni dəstəkləyən xarici yardım layihələri aşağıdakı sahələri əhatə edir: qadınların peşə hazırlığının təkmilləşdirilməsi və aşağı və orta gəlirli ölkələrdə qadın sahibkarlara dəstək.                                                                                               

Qadın və uşaqlar üçün səhiyyə sektorunda 100-dən çox layihənin dəstəklənməsinə əlavə olaraq, BƏƏ Əfqanıstanda zəfəran sənayesinə dəstək nümayiş etdirərək, burada istehsal fəaliyyəti ilə məşğul olan qadınların 80 faiz təşkil etməsinə nail olub. BƏƏ Şri-Lankada qadınların hüquq və imkanlarının genişləndirilməsi üçün xüsusi bir maliyyə dəstəyi göstərib. 

BƏƏ sahibkarlıq sahəsində də qadınlara və gənc qızlara dəstək verilməsi  öhdəliyini öz üzərinə götürür. Belə ki, Beynəlxalq Bankın start verdiyi qadın liderlərin  maliyyələşdirilməsi  təşəbbüsünə böyük töhfə verəcək bu sahəyə 50 milyon dollar ayrılıb. Bu təşəbbüs sahibkarlar üçün 1 milyard dollardan çox maliyyə vəsaitini səfərbər edir. “1000 lider” təşəbbüsü çərçivəsində dövlət qadınlar üçün yeni perspektivlər  yaradacaq və  onların istedadlarını tam parlaqlığı ilə üzə çıxaracaq, bir sözlə, onlara gələcəkdə  liderə çevirəcəkdir ki, bu da keçmişin stereotiplərin məhvetmə anlamına gəlir.

Qadınlar BƏƏ-də  bu gün deyil, gələcəkdə də böyük rol oynayacaqlar. Dövlət müasir və tolerant bir cəmiyyətin qurulması üçün qadın hüquqları sahəsində irəliləyişlərin vacib olduğunu düşünür.Yeni faydaları, bilik və təcrübəsi ilə BƏƏ dünyanın qalan hissələrində də  qadınların eyni qiymətləndirilməsi  və daxili imkanlara malik olmasını təmin etmək üçün səylə çalışmağa davam edəcəkdir.

Mohamed Alqubaisi

Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri

 

Paylaş:
681

Son xəbərlər

Bütün xəbərlər