Dünyanın palçıq vulkanları paytaxtı - CNN-in reportajı

ABŞ-ın CNN kanalının saytında Azərbaycanın palçıq vulkanları haqqında reportaj yayımlanıb.
1news.az xəbər verir ki, reportajda Azərbaycanın dünyada palçıq vulkanların vətəni olduğu vurğulanıb. Qeyd edilib ki, Avropa və Asiyanın kəsişməsində yerləşən bu neftlə zəngin ölkədə 400-dən çox vulkan var.
Müəllif yazıb ki, on il əvvəl paytaxt Bakının yaxınlığında Abşeron yarımadasında 12 min hektarlıq Dövlət Təbiət Qoruğu yaradılıb. 2018-ci ilin iyulunda CNN Travel-in əməkdaşları Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təmsilçilərinin müşayəti ilə əraziyə səfər edib.
“Biz turumuza Dəvəboynu vulkanından başladıq.Təpələr dinc görünə bilər, amma bu sürünənlər istənilən anda landşaftın altında nəfəs alan canavara dönə bilir”.
Məqalə ilə daha ətraflı aşağıdakı linkdə tanış olmaq mümkündür:
https://edition.cnn.com/travel/article/azerbaijan-mud-volcanoes/index.html