“Events Management Azerbaijan” artıq üçüncü dəfədir Azərbaycanda “Гонка Героев” –“Mübarizlər” yarışını təşkil edir – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Events Management Azerbaijan” artıq üçüncü dəfədir Azərbaycanda “Гонка Героев” –“Mübarizlər” yarışını təşkil edir – FOTO – VİDEO

10:00 - 03 / 09 / 2018
“Events Management Azerbaijan” artıq üçüncü dəfədir Azərbaycanda “Гонка Героев” –“Mübarizlər” yarışını təşkil edir – FOTO – VİDEO

“Mübarizlər”-“Гонка Героев” kimi tanınan layihənin Azərbaycanda təşkil olunan versiyasıdır. İlk dəfə bu tədbir keçən ilin 23 sentyabrında FHN Təlim-Tədris Mərkəzində baş tutub.

Növbəti təşkil olunacaq yarış bu ilin sentyabrın 29-da baş tutacaq. Məkan dəyişilməz olaraq FHN Təlim-Tədris Mərkəzidir.

Bakıda bu layihənin icraçısı “Events Management Azerbaijan” şirkətidir. “Mübarizlər” layihəsi Gilan Holding-in təşkilatçılığı, həmçinin FHN, Gənclər və İdman Nazirliyi və s. kimi qurumların dəstəyi ilə təşkil olunur. “Гонка Героев” - “Лига героев» komandasının ən tanınmış layihələrindən biridir. Bu layihə 2013-cü ildən fəaliyyətini Rusiyanın bütün regionlarını əhatə edərək davam etməkdədir.

“Mübarizlər”-“Гонка Героев”  kimi tanınan layihənin Azərbaycanda təşkil olunan versiyasıdır. İlk dəfə bu tədbir keçən il 23 sentyabr FHN Təlim-Tədris Mərkəzində olub. İlk yarışda iştirak üçün ümumilikdə 1200 nəfərdən artıq iştirakçı qeydiyyatdan keçib. Ötən il Bakıda təşkil olunan və böyük maraq doğuran “Mübarizlər” layihəsi ikinci mövsümdə ekstremal idman həvəskarlarına fəal istirahətin tamamilə yeni formatını – çətin keçilən ərazidə maneəli qaçış təşkil edib. Maneələr məxsusi olaraq elə hazırlanıb ki, trasın qət edilməsi zamanı iştirakçıların bütün qrup əzələləri hərəkətdə olur.

İdman-sağlamlıq yönümlü “Mübarizlər” yarışının məqsədi sağlam həyat tərzinin təbliği, idmanın kütləviləşdirilməsi, fiziki hazırlıqlı iştirakçıların müəyyən edilməsidir. “Mübarizlər” layihəsi çətin keçilən ərazidə maneəli qaçışla adrenalin həvəskarlarına fəal istirahətin yeni formatını təklif edir.

Yarışda maneələr arasında əllə keçid qurğuları, kəndirlə fəth edilən asma divarlar, suya 5 metr hündürlükdən tullanma, eniş, ağır yükdaşıma var. Maneələrin çoxu taxta materiallardan hazırlanmış mürəkkəb konstruksiyalardır. Komanda iştirakı üçün təşkilatçılar 5 km uzunluğunda tras və 35 maneə nəzərdə tutub, özünü çempionatda sınamaq istəyənlər isə 7 km-ə yaxın trasdan və 42 maneədən keçməyə hazır olmalıdır.

Maneələr məxsusi olaraq elə qurulub ki, iştirakçılar trasları keçərkən bütün əzələ qruplarını işə salsınlar. “Mübarizlər” maneələrinin sırasında: əllə keçid qurğuları, kəndirlə fəth edilən asma divarlar, suya 5 metr hündürlükdən tullanma, eniş, ağır yük daşıma və digər çoxsaylı maneələr var. Maneələrin çoxu – taxta və metallardan hazırlanmış mürəkkəb konstruksiyalardır. “Mübarizlər” iştirakçılarına komanda yarışında və ya iki çempionat kateqoriyasının birində (fərdi qadın kateqoriyası və fərdi kişi kateqoriyası) öz gücünü sınamaq, öz imkanları haqqında daha çox şey öyrənmək, həmfikirlər tapmaq, fan-zonasında əyləncəli idman oyunlarında iştirak etmək və bütün gün ərzində dünyada analoqu olmayan irimiqyaslı idman bayramı ab-havasına qərq olmaq təklif olunur.

Ümüd edirik ki, bu dəfədə təşkil olunacaq yarışlarda gənclərin və fərdi şəxslərin fəallığı müşahidə olunacaq və yarışlarda yüksək performans qeydə alınacaq. Sentyabrın 29-da təşkil olunacaq yarışlara nazirlik, Holdinq eləcədə bütün idarə təşkilat nümayəndələrini bir daha dəvət edirik.

“Events Management Azerbaijan” həmişə olduğu kimi, bu dəfə də yarışların təşkilində şirkətə  dəstək göstərilməsinə ümid edir. Yarışlarda iştirak etmək üçün tələsin.

Yarış haqqında daha ətraflı məlumatı saytdan və layihənin sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

http://mubarizler.az/

www.facebook.com/heroleagueaz

https://www.instagram.com/mubarizler/

Reklam hüququnda

Paylaş:
1972

Son xəbərlər

Bütün xəbərlər