Sahibsiz itlərlə bağlı problem həll olunur | 1news.az | Xəbərlər
Cəmiyyət

Sahibsiz itlərlə bağlı problem həll olunur

16:48 - 05 / 09 / 2018
Sahibsiz itlərlə bağlı problem həll olunur

Bu gün Heydər Əliyev Fondu və Bakı Şəhər İcra Hakimiyyətinin “Sahibsiz itlərlə bağlı aparılan işlərin təkmilləşdirilməsinə dair birgə layihəsi”nin təqdimatı keçirilib.

1news.az xəbər verir ki, layihə çərçivəsində Balaxanı qəsəbəsində sahibsiz itlər üçün sığınacaq mərkəzində yenidənqurma işləri aparılacaq. Burada beynəlxalq norma və tələblərə uyğun qəfəslər qurulacaq. Eyni zamanda mərkəz müayinələrin aparılması, sterilizasiya, müalicə və heyvanlara mikroçipin yerləşdirilməsi üçün müasir tibbi avadanlıqlar və preparatlarla təzhiz olunacaq.

Heydər Əliyev Fondunun layihə koordinatoru Sabiq Abdullayev bildirib ki, layihə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilir. O deyib ki, küçə itləri problemi Azərbaycanda və xüsusilə Bakı şəhərində gündəmdə olan sosial problemlərdən biridi, bəzi hallarda şəhər əhalisi və qonaqlar üçün təhlükə mənbəyidir. Həmçinin, paytaxtın mədəni və trizim mərkəzi kimi nüfuzuna zərər gətirə biləcək bir amildir:

“Təəccüblü deyil ki, respublikamızda mötəbər regional və beynəlxalq tədbirlər ərəfəsində bu problemi ölkəmizi sevməyən müəyyən dairələr gündəmə gətirir və sosial mediada, bəzi KİV-də daim bu amildən öılkəmizə qarşı istifadə edərək, mütəşşəkül kampaniya təşkil edilir”. 

Onun sözlərinə görə, layihənin həyata keçirilməsi zamanı paytaxt üzrə sosial sorğular keçiriləcək. Əsas məqsəd əhalinin problemin həllinə dair mövqeyinin öyrənilməsidir. Bildirilib ki, Azərbaycan ev heyvanlarının müdafiəsi sahəsində mövcud olan beynəlxalq konvensiyalara  qoşulub və gələcəkdə bu istiqamətdə milli qanunvericiliyin təkmilləşdirilməsi də nəzərdə tutulur.

S.Abdullayev əlavə edib ki,  aparılan qiymətləndirməyə əsasən, layihə iki komponentdən ibarət olacaq. Birinci komponent Balaxanıda yerləşən idarənin rekonstruksiyası və yenidən qurulmasını əhatə edir ki, artıq sabahdan bu istiqamətdə işlər aparılacaq:

“Biz bu sahədə ən qabaqcıl təcrübəni öyrənmişik. Departamentə yeni işçilər cəlb olunacaq, maddi texniki baza genişləndiriləcək, yeni avadanlıqlar alınacaq. Bunların sırasında həm baytarlıq, həm tibbi avadanlıqlar olacaq və digər infrastruktur tam beynəlxalq təcrübəyə uyğun olaraq qurulacaq.

Təbliğat və maarifləndirmə də layihənin əsas komponentlərdən birini təşkil edir. Layihə çərçivəsində veb saytın , sosial şəbəklərdə səhifələrin yaradılması, bir sıra tədbirlərin  keçirilməsi nəzərdə tutulub”.

Atılacaq əsas addımlardan danışan S. Abdullayev deyib ki, yeni mərkəz fəaliyyətə başladıqdan sonra işçilər tərəfindən daimi monitorinqlər aparılacaq və onların əsasında itlər şəhər ərazisindən yığılacaq. İtlərin yığılması üsulları da beynəlxalq təcrübəyə uyğun aparılacaq. Xüsusi ayrılmış avtomobillərdə itlər həmin mərkəzə gətiriləcək, baytar müayinəsindən keçiriləcək. Əgər itdə hər hansı xəstəlik yoxdursa, aqressiv deyilsə, sosial baxımdan itlərə, insanlara təhlükə yaratmırsa, həmin heyvan  sterilizasiyadan keçiriləcək, peyvəndlənəcək, sonra isə mərkəzdə karantin keçəçək. Ardınca onlara mikroçip yerləşdiriləcək və sağlam sahibsiz itlər götürülən əraziyə sərbəst buraxılacaq.

Ağır yaralı, müalicələri mümkün olmayan, əhali üçün aqressiv və təhlükəli olan sahibsiz itlər isə sivil qaydada evtanaziya ediləcək.

Rekonstruksiya işlərindən sonra mərkəz daimi monitorinqlər əsasında öz işini quracaq. İtlərin həmin mərkəzinin ərazisində qalma müddəti, karantin dövrü 7 gün olacaq. İnsanlar tərəfindən itirilmiş itlər də aşkarlanarsa, sahibləri tapılana qədər orada saxlanılacaq.”

Layihə çərçivəsində “qaynar xətt” də fəaliyyət göstərəcək.

Bakı şəhər İcra Hakimiyyətinin nümayəndəsi Xalid Ələkbərov vurğulayıb ki, belə bir layihənin həyata keçirilməsi çox müsbət hadisədir və şəhər sakinləri tərəfindən də olduqca xoş qarşılanacaq. Layihənin reallaşdırılması paytaxtın imicinin yüksəməsinə səbəb olacaq. Bakı Şəhər İcra Hakimiyyəti bu istiqamətdə lazım olan bütün dəstəyi verməyə hazırdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Hikmət Əlizadə  deyib ki, layihədə ən humanist üsullar nəzərdə tutulub: “Hətta təhlükəli itlərə qarşı evtanaziya da çox humanist yanaşmadır. Bir sıra Avropa ölkələrində, ABŞ-da yığılan heyvanar evtanaziya edilir, amma bu layihədə yalnız təhlükəli heyvanlara qarşı evtanaziya nəzərdə tutulub ki, bu da çox humaninst yanaşmadır”.

Qeyd edək ki, pilot layihə üç il ərzində nəzərdə tutulub və gələcəkdə regionlarda da belə mərkəzlərin yaradılacağı gözlənilir.

Qeyd edək ki, Balaxanıda yerləşən sahibsiz itlər üçün sığınacaq mərkəzinin fəaliyyəti bu ilin may ayında dayandırılmış və itlərlə qəddarcasına davranması səbəbindən Bakı Şəhər İcra Hakimiyyətiin müvafiq departamentinin 8 əməkdaşı tutduqları vəzifədən adaz edilmişdi.

Pərvanə Sultanova

 

Paylaş:
2528

Son xəbərlər

Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilib28 / 09 / 2024, 18:05Binəqədi rayonunda mebel sexində baş verən yanğın məhdudlaşdırılıb28 / 09 / 2024, 17:26Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb28 / 09 / 2024, 17:06"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişib28 / 09 / 2024, 16:26Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşüb28 / 09 / 2024, 15:57Toyuna hazırlaşan qız faciəvi şəkildə ölüb28 / 09 / 2024, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAM28 / 09 / 2024, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblər28 / 09 / 2024, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib28 / 09 / 2024, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMAN28 / 09 / 2024, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edib28 / 09 / 2024, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşüb28 / 09 / 2024, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdür28 / 09 / 2024, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunur28 / 09 / 2024, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edir28 / 09 / 2024, 12:25Bazar gününün hava proqnozu28 / 09 / 2024, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıb28 / 09 / 2024, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıb28 / 09 / 2024, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıb28 / 09 / 2024, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçirib28 / 09 / 2024, 11:03
Bütün xəbərlər