Mübariz Qurbanlı:  Dinimiz mənəvi dəyərimizdir və biz bunu qorumalıyıq | 1news.az | Xəbərlər
Cəmiyyət

Mübariz Qurbanlı:  Dinimiz mənəvi dəyərimizdir və biz bunu qorumalıyıq

17:28 - 11 / 09 / 2018
Mübariz Qurbanlı:  Dinimiz mənəvi dəyərimizdir və biz bunu qorumalıyıq

Azərbaycanda dövlət-din münasibətləri dünyəvilik prinsipi əsasında həyata keçirilir.

1news.az-ın verdiyi xəbərə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Dini mərasimlər: ənənəvilik və müasirlik” adlı konfransda deyib.

Komitə sədri bildirib ki, sovet dövründə dini mərasimlərin həyata keçirilməsinə maneçilik törədilirdi, lakin Azərbaycan müstəqillik əldə edəndən sonra dövlət-din münasibətləri öndə duran məsələlərdən idi və dövlətin din sahəsində siyasəti də Azərbaycan konstitusiyasında təsbit olundu.

Komitə sədri vurğulayıb ki, istər İslam, istər qeyri-islam dini olsun, dövlət dini mərasimlərin necə keçirilməsinə qarışmır və din də dövlət siyasətinə müdaxilə etmir:

“Bizdən kənar ölkədə hansısa bir fətva verilirsə, bu bizə şamil edilə bilməz. Azərbaycanda yalnız Qafqaz Müsəlmanları İdarəsinin verdiyi fətvalara əməl olunur”.

M.Qurbanlı əlavə edib ki, kənardan kimsə nəsə görüb gətirib Azərbaycanda tətbiq etməməlidir:

“Birincisi qanun buna imkan vermir, biz öz yolumuzla gedirik. Bizim üçün dövlət müstəqilliyimiz, azərbaycançılıq ideoligoyası bizim üçün müqəddəsdir, dinimiz bizim mənəvi dəyərlərimizdir və biz bunu qorumalıyıq. Məhərrəm ayı başlayır və bütün tədbirlər, o cümlədən Aşura mərasimləri yalnız QMİ-nin fətvası əsasında keçirilməlidir, vətəndaşlarımız da qanundan kənar hərəkətlərə yol verməməlidir, bütün tədbirlər məscidlərin daxilində olmalıdır, kənar atributlar məscidlərə gətirilə bilməz”.

S.Xankişiyeva

Paylaş:
502

Son xəbərlər

Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilib28 / 09 / 2024, 18:05Binəqədi rayonunda mebel sexində baş verən yanğın məhdudlaşdırılıb28 / 09 / 2024, 17:26Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb28 / 09 / 2024, 17:06"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişib28 / 09 / 2024, 16:26Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşüb28 / 09 / 2024, 15:57Toyuna hazırlaşan qız faciəvi şəkildə ölüb28 / 09 / 2024, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAM28 / 09 / 2024, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblər28 / 09 / 2024, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib28 / 09 / 2024, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMAN28 / 09 / 2024, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edib28 / 09 / 2024, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşüb28 / 09 / 2024, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdür28 / 09 / 2024, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunur28 / 09 / 2024, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edir28 / 09 / 2024, 12:25Bazar gününün hava proqnozu28 / 09 / 2024, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıb28 / 09 / 2024, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıb28 / 09 / 2024, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıb28 / 09 / 2024, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçirib28 / 09 / 2024, 11:03
Bütün xəbərlər