ABŞ-da tutulmuş azərbaycanlılar günahlarını etiraf etdilər | 1news.az | Xəbərlər
Cəmiyyət

ABŞ-da tutulmuş azərbaycanlılar günahlarını etiraf etdilər

11:08 - 11 / 09 / 2018
ABŞ-da tutulmuş azərbaycanlılar günahlarını etiraf etdilər

İyulun sonlarında 4,5 milyon dollarlıq dələduzluqda şübhəli bilinərək ABŞ-da saxlanılmış bir neçə ölkənin vətəndaşları günahlarını qismən etiraf ediblər.

1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, Rusiyanın Nyu-Yorkdakı Baş Konsulluğunun məlumatına görə, bir neçə gün öncə bütün şübhəlilər Nyu-York həbsxanasına köçürülüblər və ilk məhkəmə iclasında iştirak ediblər.

Mənbənin sözlərinə görə, saxlanılanlar şübhəli şəxs statusundan ittiham edilən statusuna keçiriliblər. Onlara girov müqabilində azadlığa çıxmaqda imtina edilib. Saxlanılanlara dövlət tərəfindən pulsuz vəkil təqdim olunub.

Məhkəmənin növbəti iclası sentyabrın 25-də keçiriləcək.

Xatırladaq ki, iyulun sonlarında ABŞ Ədliyyə Nazirliyi məlumat verib ki, 25 nəfər dələduzluqda şübhəli bilinərək saxlanılıb. Onların arasında 5 Rusiya vətəndaşı, 5 Gürcüstan vətəndaşı, 4 Azərbaycan vətəndaşı, 3 Qazaxıstan vətəndaşı, iki Latviya və daha iki Ukrayna vətəndaşı var. İttiham olunanlardan bir neçəsi Türkiyə və ABŞ vətəndaşıdır.

Saxlanılanlar avtomobil satışı üzrə yalan elanların yerləşdirilməsində, aldadılmış vətəndaşlardan pulun alınmasından sonra aradan çıxmaqda ittiham olunurlar. Bu yolla ABŞ vətəndaşlarına ümumilikdə 4,5 milyon dollar ziyan vurulub.

İttiham olunanları 20 ildən 30 ilə qədər həbs cəzası gözləyir.

S.Xankişiyeva

 

 

Paylaş:
747

Son xəbərlər

Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilib28 / 09 / 2024, 18:05Binəqədi rayonunda mebel sexində baş verən yanğın məhdudlaşdırılıb28 / 09 / 2024, 17:26Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb28 / 09 / 2024, 17:06"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişib28 / 09 / 2024, 16:26Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşüb28 / 09 / 2024, 15:57Toyuna hazırlaşan qız faciəvi şəkildə ölüb28 / 09 / 2024, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAM28 / 09 / 2024, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblər28 / 09 / 2024, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib28 / 09 / 2024, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMAN28 / 09 / 2024, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edib28 / 09 / 2024, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşüb28 / 09 / 2024, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdür28 / 09 / 2024, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunur28 / 09 / 2024, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edir28 / 09 / 2024, 12:25Bazar gününün hava proqnozu28 / 09 / 2024, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıb28 / 09 / 2024, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıb28 / 09 / 2024, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıb28 / 09 / 2024, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçirib28 / 09 / 2024, 11:03
Bütün xəbərlər