Hacı Şahin: Bu cür əməllər Kərbəla hadisələrinin mahiyyətinə kölgə salır - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Hacı Şahin: Bu cür əməllər Kərbəla hadisələrinin mahiyyətinə kölgə salır - VİDEO

12:18 - 11 / 09 / 2018
Hacı Şahin: Bu cür əməllər Kərbəla hadisələrinin mahiyyətinə kölgə salır - VİDEO

“Məşhədi Dadaş” məscidinin imamı Hacı Şahin Həsənli olub 1news.az TV-də yayımlanan “Sözün Düzü” verilişinin qonağı olub.

1news.az-ın verdiyi xəbərə görə, verilişin mövzusu “Məhərrəm ayı, ənənələr və xurafatlar” olub.

Hacı Şahin Həsənli canlı yayım zamanı mövzu ilə bağlı ətraflı danışıb, Facebook üzərindən oxucuların suallarını cavablandırıb.

O bildirib ki, Azərbaycanda Aşura mərasimi sovet dönəmində də geniş şəkildə qeyd edilib. Hətta qadağalara, təpkilərə baxmayaraq, Aşura mərasimləri ölkəmizin bütün bölgələrində keçirilib.

Din xadimi deyib ki, bu günün belə geniş və dünyanın hər yerində qeyd edilməsinin müəyyən səbəbləri var:

“İlk növbədə bu bizə Peyğəmbər (s) və onun Əhli- Beytinin tövsiyəsidir ki, bu mərasimləri qeyd edin. Niyə məhz Aşura günü? Deyirlər ki, övliyaların hamısı, Peyğəmbər özü, digər imamlar dünyadan köçüb. Çünki Aşura günü tarixdə misli görünməmiş bir faciə baş verib. Aşura günü bütün haqq tərəfdarları ilə nahaq tərəfdarlarının mahiyyəti üzə çıxdı. Haqq öz gözəlliyini, nahaq isə öz eybəcərliyini, çirkinliyini göstərdi. Din tarixinin haqq, nahaq savaşından danışsaq, Kərbala bunun kulminasiya nöqtəsidir. Bu hadisələr hakimiyyət uğrunda mübarizə deyil. Mərasimlər özü bunu sübut edir.  Tarixdə nə qədər hakimiyyət uğrunda mübarizələr olub, onların əksəriyyəti unudulub,  amma Kərbala hadisəsi yaşayır, anılır, çünki bu, bir islahatçı hərəkatdır”.

Hacı Şahin Həsənli əlavə edib ki, insanlar öz borclarını sübut etmək üçün məscidlərdə əzadarlıq mərasimlərinə qatılırlar:

“Tez- tez sual olunur ki, insan şəhid olursa, qəhrəmanlıq göstərib, həlak olursa,  əzadarlıq mərasimlərinə nə ehtiyac var, onsuz da o, cənnətə gedib. Axı bu hadisənin mahiyyətində bir hüzn, qəm var. Bu məsələyə iki prizmadan baxmaq olar. Birincisi, şəhidliklə insan uca zirvəyə qalxır və qəm etməli nəsə yoxdur. Şəhidlik ancaq uğur və müvəffəqiyyətdir. Digər tərəfdən, şəhidlik həm də bir ictimai fenomendir. Toplumda şəhid varsa, deməli, orda zülm var. Azərbaycanda şəhid veririk, deməli, bizim topağımız işğal edilib və insanlar öz torpaqlarını qorumaq üçün şəhid olurlar.

Şəhidlik zülmün, təcavüzün varlığından xəbər verir. Aşura günü nə baş verib? Haqqı təmsil edən kiçik bir dəstə batil təmsilçiləri tərəfindən zorakılıqla qətlə yetirilib və buna görə də haqq təmsilçiləri sevinə bilməz. Burda əzadarlıq hadisənin ictimai mahiyyəti ilə əlaqədardır. Biz ona görə qəmlənirik ki, bir cəmiyyət nə qədər tənəzzül edib ki, Peyğəmbərdən cəmi 50-60 il sonra onun nəvəsini amansızca qətlə yetirirlər, körpə südəmər uşaqları öldürülər, sudan məhrum edirlər, qadınları əsir aparırlar. Peyğəmbər ailəsidr və bunu unutmaq lazım deyil”.

Din xadimi vurğulayıb ki, bu konkret bir məzhəb mənsublarına aid məsələ deyil. Belə düşünənlər tamamilə yanılırlar. İmam Hüseyin bütün İslam dünyası üçün sevilən və hörmətli şəxsiyyətdir.

Hacı Şahin Həsənli vurğulayıb ki, Azərbaycanda tarixən məzhəb məsələsi, ixtilaf olmayıb:

“Bütün məzhəb təmsilçiləri İmam Hüseyni, Aşuranı yad ediblər.  Bu doğurdan da bizim tarixi nailiyyətimizdir. Burda xurafat yoxdur. İmam Hüseyinə əza saxlamaq Quranın mahiyyətinə zidd deyil. Ağlamağın bütün növləri insanları bədbinliyə aparmır. Qəhrəmanlara saxlanılan yas insanları acizliyə sövq etmir. Bu, insanı eqoizimdə azad edir. Biz o qəmi qınayırıq ki, o bizim eqomuzdan, mənifətimizdən qaynaqlanır. Məsələn, kiminsə uğuruna qəmlənirsənsə, bu, mənfi qəmdir.  Qəm və sevinc başqalarına faydadan qaynaqlanırsa, bu, özü insanı təmizləyir. Əzadarlıq mərasimlərinin gözəlliyi bundadır ki, bütün xalq, çoxsaylı insanlar bir nəfərə öz məhəbbətini ifadə edir. Burda zərrə qədər şəxsi mənafe  yoxdur”.

Din xadimi Azərbaycanda bu günlər təşkil edilən qanvermə aksiyalarından da danışıb və deyib ki, bu aksiyalar tamamilə Kərbəlanın mahiyyətinə uyğundur:

“Qan verməklə digər insanlara həyat bəxş edirsən. Çünki İmam Hüseyn də öz qanını bəşəriyyətə hədiyyə etdi və bu gün İmam Hüseynin  qırx mərasimində milyonlarla insan bir manat xərcləmədən Nəcəfdən Kərbalaya yol gedirlər. Həmin insanları yol boyu orda yaşayanlar yeməklə təmin edir, hətta yalvarırlar ki, gəlib bir gün evlərində qonaq qalsınlar. Doğurdan da bu, müasir dünya üçün fenomenal bir hadisədir, yenilikdir. Bu gün dünyada mənfətə söykənən bir sistem formalaşıb.

Amma aaşqaları uğrunda fədakarlıq et, başqalarının qəmini öz qəmin say kimi bütün bu məsələlər çox təqdirəlayiqdir. Burda xuravat yoxdur, amma əzadarlıq mərasimlərində bəzən xuravata, xoşagəlməz hadisələrə, əməllərə  yol verilir .

Bildiyniz kimi, Qafqaz Müsəlmanları İdarəsi Məhərrəm ayının başlaması ilə bağlı fətva verib, orda tövsiyələr irəli sürülüb. Tövsiyələr bundan ibarətdir ki, insanlar İmam Hüseynə əzadarlıq edərkən ifrata yol verməsinlər. Qan çıxarma, baş yarma dinimizə də ziddir. Bəzən İmam Hüseynin şəninə yaraşmayan hərəkətər edilir, soyunub öz bədənini nümayiş etdirmək kimi hallar Kərbəla hadisəsinin mahiyyətinə  kölgə salır. Bunlardan uzaq durmaq tövsiyə edilir.

Azərbaycanda artıq belə hallar demək olar ki, baş vermir. Bakı şəhərində kiminsə baş yarmasınn şahidi olmamışam. Klassik əzadarlıq forması var, bu, sinə vurmaqla keçirilir. Bu da cəmiyyət tərəfindən normal qəbul edilir.

Ümumiyyətlə dinimiz əzadarlığın forması haqqında göstəriş vermir, sadəcə bildirlir ki, hər bir xalq öz mədəniyyətinə uyğun şəkildə əzadarlıq, matəm mərasimi keçirir.Bəzən yad, bizə məxsus olmayan əzadarlıq mərasimlərini bura gətirməyə cəhd göstərənlər olur. Bu,  Azərbaycan mədəniyyəti, mentaleti ilə uyğunlaşmır. Bizim ənənəvi əzadlıq formamamız var, ifrata yol verməmək şərtilə bunları davam etdirmək lazımdır.

Mən insanları qanvermə aksiyalarında fəal iştirak etməyə çağırıram. Bu aksiyanın böyük faydası var. Həm Allah yanında savab əməldir, həm də Aşuranın mahiyyəti ilə uyğunluq təşkil edir”.

Paylaş:
1262

Son xəbərlər

Şəkidə üç yaşlı uşağı it dişləyib01 / 06 / 2024, 18:04Azərbaycana 60 kiloqram narkotik maddə gətirən iki narkokuryer saxlanılıb01 / 06 / 2024, 17:56Tovuzda çaydan kişi meyiti tapılıb01 / 06 / 2024, 17:31Cəlilabad sakini suda boğulub - YENİLƏNİB01 / 06 / 2024, 17:10Hövsanda bank kartlarını talayan şəxs saxlanılıb01 / 06 / 2024, 16:47Hərbi attaşelərin “N” hərbi hissəsinə tanışlıq səfəri təşkil olunub01 / 06 / 2024, 16:26Rayonlara leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ01 / 06 / 2024, 16:09Şimşək çaxıb, leysan xarakterli yağış yağıb - FAKTİKİ HAVA01 / 06 / 2024, 15:59Ötən gün itkin düşmüş kimi axtarışda olan 10 nəfər tapılıb01 / 06 / 2024, 15:20Xırdabuynuzlu heyvan oğurlayan şəxslər saxlanılıb01 / 06 / 2024, 15:07Suraxanıda mənzildə meyit tapılıb01 / 06 / 2024, 14:53Şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA01 / 06 / 2024, 14:37FHN əməliyyat görüntüsü yayıb - VİDEO01 / 06 / 2024, 14:20Azercell Uşaqların Beynəlxalq Müdafiəsi Günündə “Kitab Klubu” layihəsinə başladı01 / 06 / 2024, 13:59Bakıda ağır qəza olub, üç nəfər ölüb01 / 06 / 2024, 13:55Myanma Prezidenti İlham Əliyevi təbrik edib01 / 06 / 2024, 13:34İyunun 2-də hava şəraitinin necə keçəcəyi gözlənilir?01 / 06 / 2024, 13:16Uruqvay Prezidenti dövlət başçısına təbrik məktubu göndərib01 / 06 / 2024, 13:03Vyetnam Prezidenti İlham Əliyevi təbrik edib01 / 06 / 2024, 12:39Yevlaxda 4 otaqlı evdə yanğın olub01 / 06 / 2024, 12:18
Bütün xəbərlər