Nazir müavini: 10 təhsil müəssisəsinin rəhbəri vəzifəsindən azad edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazir müavini: 10 təhsil müəssisəsinin rəhbəri vəzifəsindən azad edilib

16:58 - 12 / 09 / 2018
 Nazir müavini: 10 təhsil müəssisəsinin rəhbəri vəzifəsindən azad edilib

Ötən tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində olan 10 təhsil müəssisəsinin rəhbəri vəzifəsindən azad edilib.

1news.az xəbər verir ki,  bunu BŞTİ-nin müdiri vəzifəsini icra edən, təhsil nazirinin müavini Məhəbbət Vəliyeva Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, BŞTİ-nin bir əməkdaşı, 20 direktor müavini, 9 müəllim, 1 kitabxana müdiri işdən çıxarılıb. Eyni zamanda, 2 BŞTİ əməkdaşı, 18 təhsil müəssisəsinin rəhbəri, 32 direktor müavini, 54 müəllim, BŞTİ-yə tabe struktur bölmələrinin 6 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub.

M.Vəliyeva qeyd edib ki, BŞTİ-yə tabe struktur bölmələrinin 30 əməkdaşı, 27 təhsil müəssisəsinin rəhbəri, 11 direktor müavini, 40 müəllimə isə xəbərdarlıq edilib.

Babək Cahandarov

Paylaş:
581

Son xəbərlər

Bütün xəbərlər