Gənc qız “Sahil” bağında  özünü doğradı | 1news.az | Xəbərlər
Cəmiyyət

Gənc qız “Sahil” bağında  özünü doğradı

09:26 - 12 / 09 / 2018
Gənc qız “Sahil” bağında  özünü doğradı

Dünən axşam saatlarında Bakının mərkəzində intihara cəhd olub.

1news.az-ın Publika.az-a istinadla verdiyi xəbərə görə, saat 21 radələrində Bülbül prospektində - “Sahil” bağının qarşısında Binəqədi rayon sakini, 1990-ci il təvəllüdlü Şükürova Könül Kamal qızı kəsici alətlə özünə xəsarətlər yetirib.

Hadisəyə şahid olan küçədən keçən şəxslər dərhal polisə məlumat veriblər.

İlkin araşdırmalardan sonra məlum olub ki, K.Şükürovanın psixi problemləri var və daha əvvəl ixtisaslaşmış müəssisədə müalicə olunub.

Onun atası polis bölməsinə dəvət edilib.

S.Xankişiyeva

 

Paylaş:
645

Son xəbərlər

Bütün xəbərlər