Su sayğacının filtrindən qurd çıxdı – VİDEO

Su gəlmədiyi üçün sayğacın filtrinə baxmaq qərarına gələn vətəndaş sayğacda bir yığın qurdun toplandığını iddia edir.
1news.az-ın Xəzərxəbər-ə istinadla verdiyi xəbərə görə, hadisə Kürdəmir rayonunun Atakişili kəndində baş verib.
Aidiyyatı qurumlar məsələyə münasibət bildiriblər.
Bu qurdlar, evə gələn suyun daha doğrusu su sayğacının filtrindən çıxıb. Kürdəmir rayonunun Atakişili kənd sakini İlkin Əhmədov bu iddiadadır.
Sakinin sözlərinə görə, verilən suyun təzyiqi aşağı düşdüyü üçün o sayğacın filtrini təmizləmək qərarına gəlib.
Hadisə şahidləri bildirir ki, qurdların sayından və həcmindən heyrətə gəliblər. Buna görə onlar istifadə etdikləri suyun nə dərəcədə təmiz olmasına da şübhə edirlər.
Məsələ ilə bağlı “Azərsu” Açıq Səhmdar Cəmiyyətindən isə bildirildi ki, vətəndaş sayğacın möhürünü sındırıb müdaxilə etdiyi üçün öz əməlini ört-basdır etmək isətyir.
“Bu böhtandır. Xlorlu suda heç bir halda bu ölçüdə qurdların yaşaması mümkün deyil”.
S.Xankişiyeva