Azercell-dən GəncOL 8 tarif paketinə qoşulan abunəçilərinə HƏDİYYƏ İNTERNET – FOTO
Endirimli tarif paketləri, unikal xidmətləri və sərfəli kampaniyalarla yay ayları ərzində hər kəsi sevindirən Azərbaycan rabitə bazarının lider mobil operatoru Azercell Telekom dərs ilinin başlanması ilə əlaqədar abunəçilərinə yeniliklər vəd edir.
12.09.18 – 15.12.18 tarixlərində keçiriləcək yeni kampaniya çərçivəsində GəncOL 8 tarifinə qoşulan hər bir kəs Azercell-dən AYLIQ 1GB HƏDİYYƏ əldə edəcək. Abunəçilər bu pulsuz internet paketindən ayda 1 dəfə olmaqla növəbti 3 ayda yararlana biləcəklər. GəncOL8 tarif paketinə qoşulmaq üçün SimSim abunəçiləri G8 yazıb 7575-ə göndərməlidirlər. Beləliklə, ayda cəmi 8 AZN ödəyib GəncOL 8 tarif paketinə qoşulmaqla abunəçilər 4GB əvəzinə 5GB internet, üstəlik, GəncOL abunəçiləri arasında 400 pulsuz dəqiqə, şəbəkədaxili 400 pulsuz sms əldə edəcək.
GəncOL 8 tarifinin üstünlükləri bununla bitmir. Bu tarifə qoşulmaqla Azercell müştəriləri sərfəli tarifdən yararlanmaqla yanaşı, müxtəlif endirimlər və kampaniyalardan da faydalana bilər. Hal-hazırda, GəncOL paketi ilə abunəçilər 200-dən artıq məkanda çox sərfəli endirimlərdən yararlanırlar. Hər gün yenilənən endirim siyahısı ilə abunəçilər www.gencol.az portalına daxil olmaqla tanış ola bilərlər.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz
Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.
Reklam hüququnda