Autizmlilər arasında velosiped yarışı keçirildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Autizmlilər arasında velosiped yarışı keçirildi

11:14 - 13 / 09 / 2018
Autizmlilər arasında velosiped yarışı keçirildi

Autizmlilərin İdman Klubları (AİK) autizmli uşaq, yeniyetmə və gənclər arasında velosiped yarışı keçirib.

AİK-in mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Dənizkənarı Milli Parkda baş tutan velosiped yarışı Azərbaycan Respublikası Velosiped İdmanı Federasiyasının (AzVİF), Respublika Olimpiya Velosiped Məktəbi, BrendSport.az saytının təşkilatçılığı və AİK İctimai Birliyinin birgə təşəbbüsü ilə həyata keçirilib.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov, Respublika Olimpiya Velosiped məktəbinin direktoru Faiq Qurbanov, “ASAN Könüllüləri” təşkilatı, valideynlər və digər qonaqlar iştirak ediblər.

Tədbir dövlət himninin səsləndirilməsi ilə açıq elan olunub. Daha sonra tədbirə dəvət olunan musiqiçilərin ifaları dinlənilib. Sonra müəyyən edilmiş yaş qrupları üzrə autizmli uşaq, yeniyetmə və gənclər arasında velosiped yarışına start verilib.

Sonda qaliblər mükafatlandırılıb və xatirə şəkli çəkilib. Daha sonra konsert proqramı davam edib. İdmanın bu növü Autizmlilərin həyatında mühüm rol oynayır. Velosiped yarışının keçirilməsində məqsəd, bu idman nönünün təbliği, həm də klublar arasında daha güclü idmançıları ortaya çıxarmaqdır.

1news.az

Paylaş:
426

Son xəbərlər

Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilib28 / 09 / 2024, 18:05Binəqədi rayonunda mebel sexində baş verən yanğın məhdudlaşdırılıb28 / 09 / 2024, 17:26Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb28 / 09 / 2024, 17:06"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişib28 / 09 / 2024, 16:26Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşüb28 / 09 / 2024, 15:57Toyuna hazırlaşan qız faciəvi şəkildə ölüb28 / 09 / 2024, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAM28 / 09 / 2024, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblər28 / 09 / 2024, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib28 / 09 / 2024, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMAN28 / 09 / 2024, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edib28 / 09 / 2024, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşüb28 / 09 / 2024, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdür28 / 09 / 2024, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunur28 / 09 / 2024, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edir28 / 09 / 2024, 12:25Bazar gününün hava proqnozu28 / 09 / 2024, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıb28 / 09 / 2024, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıb28 / 09 / 2024, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıb28 / 09 / 2024, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçirib28 / 09 / 2024, 11:03
Bütün xəbərlər