CEPEJ-in Vitse-prezidenti Ramin Qurbanov Avropa dövlətlərini uğurla təmsil edir – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

CEPEJ-in Vitse-prezidenti Ramin Qurbanov Avropa dövlətlərini uğurla təmsil edir – FOTO

10:30 - 21 / 09 / 2018
CEPEJ-in Vitse-prezidenti Ramin Qurbanov Avropa dövlətlərini uğurla təmsil edir  – FOTO

Əldə etdiyimiz məlumata görə, Avropa Şurasının rəsmi internet səhifəsindən alınmış məlumata görə, Meksikanın Ali Məhkəməsi və Federal Ədliyyə Şurasının sədri cənab Luis Maria Aquilar Moralesin dəvəti əsasında Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) vitse-prezidenti Ramin Qurbanov “Müasir demokratiyalarda hakim və qanunun aliliyi” adlı beynəlxalq seminarda iştirak etmək üçün 10-12 sentyabr 2018-ci il tarixlərində Meksikada rəsmi səfərdə olub.

Bu beynəlxalq tədbir təcrübə mübadiləsinin aparılması və hakimlərin vətəndaş cəmiyyəti ilə dialoqunun qurulması məqsədilə Meksika hakimiyyəti tərəfindən təşkil edilib. Seminarda Meksikadan 300-dən çox federal hakim, magistrat, hüquqşünas, hökumət rəsmisi, beynəlxalq təşkilatların və hüquq cəmiyyətinin nümayəndələri iştirak edib.

Avropa Şurasını təmsil edən CEPEJ-in vitse-prezidenti Ramin Qurbanov “Məhkəmə hakimiyyəti və onun cəmiyyətə münasibəti” adlı III bölmədə əsas məruzəçilərdən biri olaraq CEPEJ-in fəaliyyətindən, onun Avropada ədalət mühakiməsinin səmərəliliyi və keyfiyyətinin artırılmasında rolundan danışıb, habelə Avropa məhkəmələrində informasiya texnologiyalarının tətbiqi vəziyyəti, o cümlədən məhkəmə fəaliyyətində “Proqnozlaşdırılan ədliyyə” və “Süni intellekt”in məhkəmələrə müraciət etmək imkanlarının asanlaşdırılması, şəffaflığın təmin olunması, səmərəliliyin artırılmasına müsbət təsiri barədə məlumat verib.

Avropa Şurasının Meksika dövləti ilə əməkdaşlıq çərçivəsində təşkil olunan bu səfər zamanı vitse-prezident Ramin Qurbanov Meksikanın Ali Məhkəməsi və Federal Ədliyyə Şurasının sədri ilə ikitərəfli görüş keçirib, CEPEJ-in nəşrlərini ona təqdim edib və daha səmərəli əməkdaşlıq barədə danışıqlar aparıb.

Beynəlxalq tədbirin qeyd olunan bölməsinin keçirilməsinə verdiyi töhfəsinə görə R.Qurbanova Meksikanın Ali Məhkəməsi və Federal Ədliyyə Şurası adından ehtiram əlaməti olaraq təşəkkürnamə təqdim olunub.

Sevindirici haldır ki, azərbaycanlı hakim Avropa Şurasının 47 üzv dövlətinin ədliyyə və məhkəmə sistemini Meksikada uğurla təmsil edib. Bu, Azərbaycanda aparılan məhkəmə-hüquq islahatlarının uğurunun bariz nümunəsidir.

 

Paylaş:
1365

Son xəbərlər

Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilib28 / 09 / 2024, 18:05Binəqədi rayonunda mebel sexində baş verən yanğın məhdudlaşdırılıb28 / 09 / 2024, 17:26Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb28 / 09 / 2024, 17:06"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişib28 / 09 / 2024, 16:26Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşüb28 / 09 / 2024, 15:57Toyuna hazırlaşan qız faciəvi şəkildə ölüb28 / 09 / 2024, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAM28 / 09 / 2024, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblər28 / 09 / 2024, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib28 / 09 / 2024, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMAN28 / 09 / 2024, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edib28 / 09 / 2024, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşüb28 / 09 / 2024, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdür28 / 09 / 2024, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunur28 / 09 / 2024, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edir28 / 09 / 2024, 12:25Bazar gününün hava proqnozu28 / 09 / 2024, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıb28 / 09 / 2024, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıb28 / 09 / 2024, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıb28 / 09 / 2024, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçirib28 / 09 / 2024, 11:03
Bütün xəbərlər