Sumqayıtdakı marketdə alıcıları belə aldadırlar – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıtdakı marketdə alıcıları belə aldadırlar – FOTO

16:09 - 17 / 09 / 2018
Sumqayıtdakı marketdə alıcıları belə aldadırlar – FOTO

Sumqayıtda fəaliyyət göstərən “Elmar market”də müştərilər aldadılır və istehlakçı hüquqları pozulur.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə AFN-ə məlumatı Sumqayıt sakini verib.

Onun sözlərinə görə, adıçəkilən marketdə müştəri ilə vitrindəki ucuz qiymət deyil, qəbzdəki baha qiymətlə hesablaşırlar:

"Big FLEX3 Classik" təraş ləvazimatı aldım. Malın üzərində qiymət 4.73 yazılmışdı, amma kassada 6 manat çıxdılar, qəbzdə də 6 manat yazılıb. Etiraz etsəm də, nəticəsi olmadı. Vətəndaşlara məsləhətim budur ki, hər zaman alış-verişi müştəri məmnuniyyəti olan marketlərdən etsinlər”.

S.Xankişiyeva

 

Paylaş:
621

Son xəbərlər

Bütün xəbərlər