“Ayrılığın dəhşətli olduğunu hiss edirəm, hər gün ağlayıram” - Xoşqədəm | 1news.az | Xəbərlər
Cəmiyyət

“Ayrılığın dəhşətli olduğunu hiss edirəm, hər gün ağlayıram” - Xoşqədəm

16:43 - 17 / 09 / 2018
“Ayrılığın dəhşətli olduğunu hiss edirəm, hər gün ağlayıram” - Xoşqədəm

"Bir az olar ki, Bakıya endim. Hər dəfə Bakıya qayıdanda düşünürəm ki, sanki doğulduğum Ağdərəyə gedəcəm. Hərdən bir quş olub doğulduğum yurda getmək, Seyid Məmməd babamın, qardaşım Talehin məzarını ziyarət etmək, evimizin önündəki o gözəl ətirli qızıl güllərimin hələ də qalıb-qalmadığını bilmək istəyirəm”.

1news.az-ın Sfera.az-a istinadən verdiyi xəbərə görə, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə yazıb. Atası və oğlunun şəklini yayımlayan X.Hidayətqızı işğal altında olan Ağdərə ilə bağlı təəssüratlarını bölüşüb:

"Düşmən kəndimizi işğal edəndə maşından düşüb geriyə, evimizə qaçan itimizin - Bobikin hələ də həyətimizdə bizi gözlədiyini düşünürəm... Mən hər gün o yerləri, yurdumuzu düşünüb ağlayıram.

Rəbbimdən tək diləyim heç olmasa babalarımın, qardaşımın yatdığı məzarlıqda basdırılmağı mənə nəsib etməsidir. Nə qədər iztirablıymış doğulduğun yerə həsrət qalmaq. Bu ayrılığın nə qədər dəhşətli olduğunu hər yaşımın üstünə yaş gəldikcə daha çox hiss edirəm.

Görün indi ata, anam, o yaşda olan insanlar nə çəkir. Rəbbim bizə o torpaqlarda yaşamağı, ölməyi nəsib etsin”.

1news.az

Paylaş:
1131

Son xəbərlər

Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilib28 / 09 / 2024, 18:05Binəqədi rayonunda mebel sexində baş verən yanğın məhdudlaşdırılıb28 / 09 / 2024, 17:26Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb28 / 09 / 2024, 17:06"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişib28 / 09 / 2024, 16:26Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşüb28 / 09 / 2024, 15:57Toyuna hazırlaşan qız faciəvi şəkildə ölüb28 / 09 / 2024, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAM28 / 09 / 2024, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblər28 / 09 / 2024, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib28 / 09 / 2024, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMAN28 / 09 / 2024, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edib28 / 09 / 2024, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşüb28 / 09 / 2024, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdür28 / 09 / 2024, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunur28 / 09 / 2024, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edir28 / 09 / 2024, 12:25Bazar gününün hava proqnozu28 / 09 / 2024, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıb28 / 09 / 2024, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıb28 / 09 / 2024, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıb28 / 09 / 2024, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçirib28 / 09 / 2024, 11:03
Bütün xəbərlər