Ova gedənlər saxlanıldı, tüfəngləri əllərindən alındı | 1news.az | Xəbərlər
Cəmiyyət

Ova gedənlər saxlanıldı, tüfəngləri əllərindən alındı

17:38 - 17 / 09 / 2018
Ova gedənlər saxlanıldı, tüfəngləri əllərindən alındı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin əməkdaşları tərəfindən Biləsuvar rayonu ərazisində brakonyerliyə qarşı mübarizə məqsədilə reydlər keçirilib.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, sentyabrın 14-də keçirilən reyd zamanı rayonun Paraval adlanan ərazisində icazəsiz ova cəhd edən 4 nəfər saxlanılıb və onlardan 4 ov tüfəngi götürülüb.

Araşdırma zamanı onların Biləsuvar rayonun İsmətli və Ağayari kənd sakinləri Eldəniz Bəhmənov, Teymur Hüseynov, Elizvar Bəhmənov və Mahir Məmmədov olduğu müəyyən edilib.

16 sentyabr 2018-ci il tarixində keçirilən növbəti reyd zamanı isə rayonun açıq ov sahəsində “Niva” markalı 12-BG-139 dövlət qeydiyyat nişanlı avtomobil saxlanılıb. Avtomobildən şahin quşunun ovlanması üçün 19 ədəd kustar üsulla düzəldilmiş tələ (cələ) və digər ləvazimatlar götürülüb.

Araşdırma zamanı avtomobili idarə edən şəxsin Biləsuvar rayon sakini Murad Novruzov olduğu məlum olub.

Təqsirkarlar barəsində qanunamüvafiq tədbir görülüb və hər birinə inzibati qaydada 1000 manat məbləğində cərimə tətbiq edilib.

1news.az

Paylaş:
419

Son xəbərlər

Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilib28 / 09 / 2024, 18:05Binəqədi rayonunda mebel sexində baş verən yanğın məhdudlaşdırılıb28 / 09 / 2024, 17:26Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb28 / 09 / 2024, 17:06"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişib28 / 09 / 2024, 16:26Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşüb28 / 09 / 2024, 15:57Toyuna hazırlaşan qız faciəvi şəkildə ölüb28 / 09 / 2024, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAM28 / 09 / 2024, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblər28 / 09 / 2024, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib28 / 09 / 2024, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMAN28 / 09 / 2024, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edib28 / 09 / 2024, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşüb28 / 09 / 2024, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdür28 / 09 / 2024, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunur28 / 09 / 2024, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edir28 / 09 / 2024, 12:25Bazar gününün hava proqnozu28 / 09 / 2024, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıb28 / 09 / 2024, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıb28 / 09 / 2024, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıb28 / 09 / 2024, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçirib28 / 09 / 2024, 11:03
Bütün xəbərlər