Xalq artistinin qızı Şəbnəm Tovuzlunun konsertini qulaqlıqda izlədi - FOTO | 1news.az | Xəbərlər
Mədəniyyət

Xalq artistinin qızı Şəbnəm Tovuzlunun konsertini qulaqlıqda izlədi - FOTO

10:57 - 17 / 09 / 2018
Xalq artistinin qızı Şəbnəm Tovuzlunun konsertini qulaqlıqda izlədi - FOTO

Ötən gün müğənni Şəbnəm Tovuzlu Yaşıl Teatrda konsert proqramı ilə çıxış edib.

1news.az-ın Oxu.az-a istinadən verdiyi xəbərə görə, onu dinləməyə gələnlər arasında Xalq artisti Məleykə Əsədova ilə qızı Gülər də olub.

Lakin Gülərin kameraların obyektivinə tuş gələn görüntüləri birmənalı qarşılanmayıb.

Belə ki, onun narazı siması və konserti qulaqlıqda izləməsi sosial şəbəkədə müzakirə mövzusuna çevrilib.

İstifadəçilər Gülərin konsertə zorla gətirildiyini, həvəssiz olduğunu yazıblar.

Qeyd edək ki, ötən gündən Şəbnəmin səhnəyə motosikletlə çıxması və geyimi də müzakirə olunan mövzular sırasındadır.

1news.az

Paylaş:
5241

Son xəbərlər

Bu gün Milli Teatr Günüdür

10 / 03 / 2025, 15:34
Bütün xəbərlər