Məşhur aparıcı məktəbli formasında: “bu gündən yolumuz daha çətin olacaq” | 1news.az | Xəbərlər
Mədəniyyət

Məşhur aparıcı məktəbli formasında: “bu gündən yolumuz daha çətin olacaq”

13:02 - 17 / 09 / 2018
Məşhur aparıcı məktəbli formasında: “bu gündən yolumuz daha çətin olacaq”

Tanınmış aparıcı Vüsalə Əlizadənin qızı Dilək bu il birinci sinfə yollanıb.

1news.az-ın məlumatına görə, özü də qızı ilə birgə məktəbli forması geyinən Vüsalə İnstaqram hesabında paylaşımına bu sözləri qeyd edib:

“Gözəl qızım, səninlə əl-ələ 6 il uğurlu bir yol gəldik, bu gündən yolumuz daha çətin, enişli-yoxuşlu olacaq. Bu sınağında da əlin əlimdə olacaq. Səninlə böyüdüm, səninlə həyatı, insanları, bilmədiklərimi öyrəndim, dünyanı səninlə kəşf etdim.

Allahımdan tək istəyim həyat sınağından səni alnıaçıq, üzüağ çıxarmağıma möhlət verməsidir. Bu günki həyəcanın dadını heç vaxt dadmamışdım, sevinc dolu hisslərimi göz yaşım isladır, xoşbəxtlikdən ağlamaq buna deyirlər. İlk dərs günün mübarək, nəfəsim”.

1news.az

Paylaş:
4077

Son xəbərlər

Şamaxıda zəlzələ olub

05 / 06 / 2025, 16:34
Bütün xəbərlər