“Baku Bus” sərnişinlərə müraciət edib | 1news.az | Xəbərlər
Cəmiyyət

“Baku Bus” sərnişinlərə müraciət edib

09:47 - 18 / 09 / 2018
“Baku Bus” sərnişinlərə müraciət edib

Yollardakı sıxlıq və tıxac səbəbindən avtobusların təyin olunmuş interval üzrə hərəkətində ləngimələr qeydə alınır.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə "Baku Bus" MMC-nin sərnişinlərə müraciətində bildirilir.

“Bakı Nəqliyyat Agentliyinin məlumatına əsasən, bu dəqiqələrdə Bakı şəhəri üzrə bəzi küçə və prospektlərdə sıxlıq və tıxac müşahidə edilir. Yollardakı sıxlıq və tıxac səbəbindən avtobusların təyin olunmuş interval üzrə hərəkətində ləngimələr qeydə alınır. Sərnişinlərdən xahiş edirik ki, sıxlıq və tıxacla əlaqədar avtobusların ləngiməsini anlayışla qarşılasınlar”, - deyə şirkət bəyan edib.

S.Xankişiyeva

 

Paylaş:
508

Son xəbərlər

Bütün xəbərlər