Xatirədən xeyirxah addım: Aprel şəhidimizin adına bulaq çəkdirəcək – FOTO | 1news.az | Xəbərlər
Mədəniyyət

Xatirədən xeyirxah addım: Aprel şəhidimizin adına bulaq çəkdirəcək – FOTO

16:02 - 19 / 09 / 2018
Xatirədən xeyirxah addım: Aprel şəhidimizin adına bulaq çəkdirəcək – FOTO

Müğənni Xatirə İslam konsertindən yığılan pulla Aprel şəhidimiz Müşfiq Orucovun adına bulaq çəkdirəcək.

1news.az-ın BiG.AZ-a istinadla verdiyi xəbərə görə, bu haqda ifaçı xanım özü məlumat verib.

O bildirib ki, konsertdən əldə etdiyi qonorarla şəhid M.Orucovun anasının ən böyük arzusunu həyata keçirəcək. Yəni oğlunun adına şəhid bulağı tikdirəcək, onun adını yaşadacaq.

Qeyd edək ki, Müşfiq Orucov 700 bal toplayaraq Azərbaycan Texniki Universitetinin avtomatika və kompyuter texnikası fakültəsinin tələbəsi olub.

Müşfiq 2016-cı ilin Aprel döyüşlərində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalıb.

Şəhidimiz Hövsan qəsəbəsində yerləşən “Dədə Qorqud” qəbiristanlığında torpağa tapşırılıb.

Allah rəhmət eləsin!

S.Xankişiyeva

 

Paylaş:
1231

Son xəbərlər

Bütün xəbərlər