Yeni Samsung Galaxy Note9 smartfonlarının süni intellektli kamerası
Fotoşəkil dövrümüzün fenomeninə, smartfon isə ən vacib anları və yaşadığımız emosiyaları əks etdirən ən vacib vasitəyə çevrilib.
Lakin, əldə olunan şəkillərin keyfiyyəti hər zaman arzulanan olmur. Belə ki, tələb olunan perspektiv, işıq və rakurslardan bir çoxunun anlayışı yoxdur. Bu səbəbdən ideal və müasir smartfonun daim əlimizin altında olması mütləq şərtlərdəndir. Belə ki, indi istədiyimiz anda kamera bizimlədir.
Beləliklə, yeni Samsung Galaxy Note9 smartfonunun kamerası ilk başdan sonadək çəkim prosesini tənzimləyərək, sonda ideal təsvirdən zövq almağa imkan yaradır. 12 MP-lik ikili əsas kamera insan gözünün anatomiyası əsasında qurulmuş işləmə prosesinə malikdir. Dəqiq və təzadlı təsvirlər yaratmaq üçün işıqlandırma şəraitindən asılı olaraq kamera iki rejimdən birinə avtomatik keçid alır: qaranlıqda daha çox işıq toplamaq üçün obyektivi genişləndirir (F1.5), parlaq işıqda isə – kiçildir (F2.4). Həmçinin, kamera “Life focus” rejimi ilə təchiz olunub ki, bu da öz növbəsində ətraf fonu yayaraq, kadrda simaları ön plana çıxarır. Zəif işıqlandırma şəraitində isə kamera bir neçə foto şəkil çəkərək, onları aydın təsvirə birləşdirir.
Yeni Samsung Galaxy Note9-un kamerası smartfon ilə çəkilən foto şəkilləri yeni yüksəkliklərə daşıyan süni intellekt üzərində işləyir. Çəkdiyiniz şəkillər keyfiyyətli və gözəl olduğu halda, sizinlə çəkilən şəkillərin tam əksi olduğu halları müşahidə etmisinizmi? Çox zaman şəkillərdə gözlərimiz bağlı halda və ya obyektivə baxmadan düşürük və ya təsvir o qədər bulanıq olur ki, özümüzü seçib, tapa bilmirik.
Yeni Samsung Galaxy Note9 ilə Flaw Detection funksiyasının sayəsində hətta hərəkət zamanı və “titrəyən əllərlə” çəkilmiş fotoşəkillər mükəmməl olacaq. İndi təsvirdə qusur olarsa, anı itirmədən təkrar şəkil çəkməyiniz üçün smartfon sizi dərhal yaranmış nöqsan barədə xəbərdar edəcək. Şəkil bulanıq olduqda, “gözlərin qırpılmasında”, linzada ləkə olduqda və ya arxa fon işıqlandırması təsvir keyfiyyətinə təsir etdikdə müvafiq xəbərdarlıq displeydə əks olunacaq.
Scene Optimizer sayəsində isə kamera süni intellekt vasitəsi ilə təsvirdə əks olunan: qida, portret, güllər, mənzərə və s. kimi obyektləri təyin edir. Belə ki, kamera təsvir edilmiş obyekti avtomatik olaraq mövcud 20 kateqoriyadan birinə aid edərək, müvafiq rəng və təzadlıq tənzimləmələrini dərhal icra edir. Nəticədə parlaq rəngli və dinamik təzadlı keyfiyyətli, realistik foto əldə edirsiniz.
Hətta, smartfondan uzaq məsafədə olarkən belə Bluetooth funksiyalı innovativ elektron S Pen stilusunun köməyi ilə keyfiyyətli selfi çəkə bilərsiniz. Belə ki, Galaxy Note9-un 8 MP-lik frontal kamerası simaları avtomatik təyin edərək onları fokusa yerləşdirir, sizə isə sadəcə S Pen-in düyməsini basmaq qalır. Və budur – əla şəkil hazırdır.
Həmçinin, qeyd etmək lazımdır ki, smartfon foto şəkillərinin, kameralarının və linzalarının keyfiyyətini qiymətləndirən müstəqil bençmark olan DxOMark-ın təqdim etdiyi siyahıda smartfonlar arasında Galaxy Note9 ilk üçlüyə daxil olub.
Yeni Galaxy Note9 smartfonları haqqında əlavə məlumatı Baku Electronics, Kontakt Home, Irshad Electronics, Maxi.Az və Soliton mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.
Reklam hüququnda