Sevil Nuriyevanın ərini öldürənlər tutuldular - VİDEO - YENİLƏNİB

Ədalət Partiyasını sədri, sabiq deputat İlyas İsmayılovun oğlu, azərbaycanlı iş adamı, tanınmış jurnalist Sevil Nuriyevanın həyat yoldaşı Etimad İsmayılovu İstanbulda qətlə yetirənlər artıq saxlanılıb.
1news.az bu barədə Türkiyə mətbuatına istinadla xəbər verir.
Türkiyə mediasında onların fotoları və videosu yayımlanıb.
09:14
Ədalət Partiyasının sədri, sabiq deputat İlyas İsmayılovun oğlu, azərbaycanlı iş adamı, tanınmış jurnalist Sevil Nuriyevanın həyat yoldaşı Etimad İsmayılov İstanbulda qətlə yetirilib.
1news.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, iş adamı Floryadakı ofisində başından və ürəyindən güllə yarası alıb. Onu xəstəxanaya çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb.
Silahlı hücumu sabiq polis əməkdaşı Gözəl Dəmirov adlı şəxsin törətdiyi bildirilir. Hazırda onun axtarışları aparılır.
Etimad İsmayılov həmçinin, Ədalət Partiyası sədrinin birinci müavini olub.
Xatırladaq ki, 2011-ci ildə ailə quran S. Nuriyeva ilə E. İsmayılovun İlyas adlı 4 yaşlı oğulları var.
“Müsavat”ın məlumatına görə, Gözəl Dəmirov 90-cı illərin əvvəllərində DİN-də idarə rəisi olub, Bakı Soyuducular Zavodunun direktorunun qardaşıdır, istefada olan polkovnikdir.
O, Türkiyədə iri biznesə malikdir, eyni zamanda Azərbaycanda biznes işləri var. Dəmirovun “Fənərbaxça” klubunun keçmiş prezidenti Əziz Yıldırımla biznes əlaqələrinin olduğu da məlumdur.
1news.az