Bu qəsəbələrdə su olmayacaq

Bu gün Bakının bəzi ətraf qəsəbələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə 1news.az-a “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat veriblər.
Məlumata görə, Bakıətrafı qəsəbələrin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə magistral su xətlərində yenidənqurma işlərinin aparılması ilə əlaqədar gün ərzində Biləcəri, Binəqədi və Masazır qəsəbələrinin bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranacaq narahatlıqla əlaqədar qurum abonentlərdən üzr istəyir.
1news.az
331