Avropa İttifaqı-Naxçıvan biznes forumu keçirilib - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Avropa İttifaqı-Naxçıvan biznes forumu keçirilib - FOTO

11:40 - 23 / 09 / 2018
Avropa İttifaqı-Naxçıvan biznes forumu keçirilib - FOTO
 
"Avropa günləri" çərçivəsində Naxçıvanda biznes forum keçirilib. 
 
1news.az xəbər verir ki, forumda Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskas, Aİ ölkələrinin Bakıdakı səfirləri, iş adamları iştirak ediblər. Onlar əvvəlcə Naxçıvan Biznes Mərkəzində təşkil edilən sərgi ilə tanış olublar. 
 
Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Famil Seyidov bildirib ki, bu gün Naxçıvan MR-da ümumilikdə 1022 istehsal sahəsi  fəaliyyət göstərir. Kiçik və iri istehsal müəssisələrinin sayı 987-dir, onlardan 442-i sənaye, 545-i isə  kənd təsərrüfatı təyinatlı müəssisədir.
 
Nazir deyib ki, son 23 ildə  Naxçıvan MR-ya 8, 5 milyard manat investisiya qoyulub: "Hazırda Naxçıvanda 8 elektrik stansiyası fəaliyyət göstərir. Alternativ enerji sahəsində İsveçrə şirkəti ilə əməkdaşlıq edirik. Bütün energetikanın 60 faizini alternativ enerji təşkil edir. 
 
2003-cü ildən MR-da 71 min 529 iş yeri açılıb, bunun 65 faizi özəl sektorun payına düşür. Sahibkarlığın inkişafı istiqamətində böyük işlər görülüb. İqtisadiyyatda özəl sektorun payı 89 faiz, kənd təsərrüfatının payı isə 100 faiz təşkil edir.  MR-da ümumilikdə 372 növ məhsul istehsal edilir". 
 
Nazir əlavə edib ki, 2017-ci ilin yekunlarına görə, 64 xarici ölkə ilə ticarət əlaqələri aparılıb,  460 milyon dollar xarici ticarət dövriyyəsi olub. O, Naxçıvan MR-da istehsal edilən məhsullar Türkiyə, Rusiya, Gürcüstan, BƏƏ, İraq və bir sıra digər ölkələrə ixrac edildiyini vurğulayıb.
 
Biznes forumda naxçıvanın sosial-iqtisadi inkişafı ilə bağlı video çarx nümayiş etdirilib, həmçinin Aİ-nin Azərbaycanda biznesə dəstək layihələri ilə bağlı  təqdimat olub.
Aİ ölkələri ilə  Muxtar Respublika arasında əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb.
 
P.Sultanova
Paylaş:
1055

Son xəbərlər

Bütün xəbərlər